Amiran Qamkrelidzenin sözlərinə görə, Gürcüstanda nöqtəvi məhdudiyyətlər tətbiq olunacaq
Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidzenin sözlərinə görə, ölkədə nöqtəvi məhdudiyyətlər tətbiq olunacaq. İmmunizasiya Şurasının iclasından sonra Qamkrelidze qeyd edib ki, “diqqətli olmalıyıq, əks halda yenidən məhdudiyyətlər qoymalı olacağıq”.

"Xüsusilə yoluxma hallarının artdığı kəndlərdə nöqtəvi məhdudiyyətlər olacaq, – Çiatura rayonunun kəndlərindən birində, İtxvisi mədənləri ilə əlaqəli kəndlər qrupunda, Acarıstanda "Acarıstan Tekstil"-də artım var. 1000-dən çox insanın
işlədiyi yerdə xəstəliyə yoluxanların sayı 88-dir, əlbəttə, burada hər yerdə nöqtəvi məhdudiyyətlər planlaşdırılıb, həyata keçiriləcək",
– Qamkrelidze bildirib.

Onun sözlərinə görə, nöqtəvi məhdudiyyətlər bu kəndlərin bağlanması və araşdırılması deməkdir.

Print Email
FaceBook Twitter Google