4-11 may tarixlərində bütün Gürcüstan ərazisində tətil elan edilib
İdarələrarası Koordinasiya Şurası işəgötrənlərə işçilərini uzaqdan işə köçürməyi tövsiyə edib və 4-11 may tarixləri bütün Gürcüstan ərazisində istirahət günü elan ediləcəyi xəbərdarlığını verib. Sözügedən qərar, bu gün Baş nazir İrakli Ğaribaşvilinin sədrliyi ilə videokonfrans formatında keçirilmiş İdarələrarası Koordinasiya Şurasının iclasında qəbul edilib.

Bugünkü iclasda Koordinasiya Şurası "Gürcistan da daxil olmaqla bütün dünyada pisləşən" epidemioloji vəziyyəti müzakirə
edib.

“Ölkədə müşahidə olunan yoluxma hadisələrinin sayında artım dinamikasının diqqət çəkici olduğu və həm hökumətdən, həm də vətəndaşlardan xüsusilə məsuliyyətli yanaşma tələb olunduğu qeyd edilib. Təyin edilmiş qaydalara riayət edilməsinin zəruriliyi bir daha vurğulanıb, bu da ölkədə virusun üçüncü dalğasının yayılmasının qarşısını alacaq və nəticədə daha ciddi məhdudiyyətlərə ehtiyac qalmayacaq.

Koordinasiya Şurası bir daha vətəndaşları maskadan düzgün istifadə etməyə, sosial məsafəni qorumağa və hökumətin qərarı ilə keçirilməsi qadağan edilən izdihamlı toplantı və ictimai tədbirlərin təşkil edilməməsinə çağırır. Eyni zamanda, məlum olduğu kimi, Gürcüstan Hökumətinin qərarı ilə sosial tədbirlər (məsələn, toylar, hər hansı bir yubiley, şənlik və s.), kütləvi əyləncə tədbirləri üçün məkanların icarəyə verilməsi qadağan edilib. Bu məhdudiyyətin pozulması qanun çərçivəsində məsuliyyətə səbəb olacaqdır.

Hökümət başçısının göstərişi ilə əlaqədar qurumlar, virusun yayılmasının qarşısının alınmasına yönəlmiş bütün qaydaların icrasını daha da ciddi şəkildə izləyəcəklər.

Şuranın qərarına əsasən, mövcud epidemioloji vəziyyətin qiymətləndirilməsinə əsasən, gecə 21:00-05:00-a qədər mövcud hərəkət məhdudiyyəti qüvvədə qalır.

İclasda ölkədə davam edən peyvənd prosesinin daha da gücləndirilməsinin vacibliyi də müzakirə edilib. Ölkənin yaxın gələcəkdə yeni peyvənd dozaları alacağı qeyd edilib. Eyni zamanda, Baş nazirin tapşırığına əsasən və birbaşa iştirakı ilə, peyvənd istehsalçıları və tərəfdaş ölkələrlə mümkün qədər tez əlavə dozaların səfərbər edilməsi üçün aktiv danışıqlar aparılır.

Gürcüstanda ilk koronavirus hadisəsinin aşkarlanmasından bəri, virusun laboratoriyada təsdiqlənmiş 287 183 hadisəsi aşkar edilib, onlardan 276 426 nəfər sağalıb və 3 858 nəfər vəfat edib.

Bu mərhələdə 233 nəfər karantində, 285 nəfər kovid-mehmanxanada, 2129 nəfər xəstəxana nəzarəti altındadır.

Baş Nazirin rəhbərlik etdiyi Müəssisələrarası Koordinasiya Şurasının işində Arçil Talakvadzenin rəhbərlik etdiyi Gürcüstan Parlamenti və Prezident Administrasiyası fəal iştirak edir",
- deyə hökumətin açıqlamasında bildirilib.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google