Gürcüstanda daha 794 nəfər koronavirusa yoluxub, 22 nəfər isə ölüb
Gürcüstanda ötən sutkada daha 794 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, 498 nəfər sağalaraq evə buraxılıb.

Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi
saytında bildirilib.

Hazırkı dövrədək ölkədə COVID-19 infeksiyasına 353 443 nəfər yoluxub, onların 338 318-i sağalıb.

Son 24 saat ərzində virusun səbəb olduğu ağırlaşmalardan vəfat edənlərin sayı 22 nəfər artaraq 5 034 olub.
Print Email
FaceBook Twitter Google