Zurab Caparidze koronavirusa yoluxub
“Qirçi – daha çox azadlıq”-ın lideri Zurab Caparidze koronavirusa yoluxub. O, bu barədə öz “Facebook” səhifəsində yazıb və bildirib ki, onda koronavirusun heç bir əlaməti olmayıb, indi də yoxdur.

“Prezident Mişellə görüşdə iştirak
edə bilməməyimin səbəbi dünən aparılmış PCR test idi. Bu gün mənə bildirdilər ki, cavab müsbətdir. Heç bir əlamət olmadı, indi də yoxdur. Ancaq məlumdur ki, görüşdə iştirak edə bilməyəcəyəm”,
– Caparidze yazıb.

Mənbə: On
Print Email
FaceBook Twitter Google