“Omikron” Gürcüstandadır.. Sunami gəlir – Qiorqi Pxakadze
İctimai səhiyyə eksperti, professor Qiorqi Pxakadze sosial şəbəkədə koronavirusun yeni ştammı olan “Omikron” haqqında yazıb.

"Omikron Gürcüstandadır. Yanvarın ortalarına qədər dominant olacaq. Səhiyyə menecmentini indi dəyişmək olmaz", - deyə Qiorqi Pxakadze yazıb. Onun sözlərinə görə, hazırda səhiyyədə rəhbərlik dəyişikliyi ölkə üçün çox təhlükəli olacaq.

"Omikron" "Londonu əzib keçdi...

Artıq, Astrazeneka-nın effektivliyindən danışmırıq...

Londonun bağlanması ehtimalı
var...

Omikronun Gürcüstanda aktiv şəkildə yayılması və yanvarda baş verəcəklərin nəticələri haqqında düşünmək belə istəmirəm, hazırlığa indidən başlamalıyıq! Mənim şəxsi fikrimcə, Gürcüstanın səhiyyə naziri ən azı yaya qədər öz postunda qalmalı və bu çətin dövrdə ölkəni hazırlayıb idarə etmək üçün ona “Kart Blan” verilməlidir.

Sunami gəlir! Mən sizə xəbərdarlıq etdim...”
– deyə, Qiorqi Pxakadze yazır.

Mənbə: report.ge
Print Email
FaceBook Twitter Google