Rustavinin kovid klinikasında 2 xəstə vəfat edib
Rustavidə son üç gündə iki xəstə koronavirusdan ölüb.

Onların hər ikisi Mardaleişvili adına tibb mərkəzində müalicə olunub. Klinikadan İnfo Rustaviyə verilən məlumata görə, xəstələrdən biri 76 yaşlı qadın, digəri isə 62 yaşlı
kişidir. Onların hər ikisinin başqa xəstəlikləri də olub.

“Rustavi” Mərkəzi Xəstəxanası və Klinikasına gəlincə, son üç gündə bu tibb müəssisələrində ölüm faktı qeydə alınmayıb.

Print Email
FaceBook Twitter Google