Mixeil Saakaşvili hakimə - bu proses deyil, istəyirsən bağla,istəyirsən qapat – bu məhkəmə deyil və bu nağılllarınızı nənənizə danışın
Nağıllarınızı nənənizə danışın, - bu, Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin hakim Badri Koçlamazaşviliyə ünvanladığı sözlərdir.

Büdcə vəsaitlərinin mənimsənilməsi işinə baxılacaq məhkəmə prosesi səs-küy fonunda keçirilir.

Hakim Mixeil Saakaşviliyə göstəriş verib və ona prosesi rahat keçirməyə imkan vermədiyi halda məhkəmə zalını tərk etdirəcəyini izah edib.

“Əgər fikirləşirsinizsə ki, kimsə sizin dediyiniz bir şeyi eşitdi və ya dinlədi,
çox yanılırsınız... Əgər zalda daha yaxşı eşidilirsə və yalnız sizin üçün deyilirsə, bəli, cənab, ancaq siz başa düşün. Elə etməyin ki, qayd-qanunu təmin etmək üçün sessiyanı bağlamayım və heç kim bu prosesdə iştirak etməsin",
- Badri Koçlamazaşvili bildirib.

Bununla bağlı Saakaşvili bildirib ki, məhkəmə yoxdur və hakim əvvəlcədən qərar verib.

“Fərqi yoxdur, proses yoxdur, istəyirsən bağlı, istəyirsən qapat, məhkəmə yoxdur. Bu nağıllarınızı nənənizə danışın”, - deyə Saakaşvili hakimə müraciət edib.

Bundan sonra hakim sabiq prezidentə göstəriş verib.

“Burada danışmaq həm qarşı tərəfi, həm də məhkəməni təhqir etdiyinə görə indi sizi xəbərdar edirəm ki, əgər iştirakınız iclasın davam etdirilməsinə mane olarsa, siz məhkəmə zalını tərk edəcəksiniz və mən işi sakit şəraitdə davam etdirəcəyəm”, - Koçlamazaşvili bildirib.

Print Email
FaceBook Twitter Google