Klub sənayesi 5-6 mart tarixlərindən etibarən fəaliyyətini bərpa edəcək
Hökumət administrasiyasının yaydığı açıqlamaya görə, İdarələrarası Koordinasiya Şurasının qərarına əsasən, klub sənayesi 5-6 mart tarixlərindən etibarən fəaliyyətini bərpa edərək, klublarda mümkün olan maksimum qonaq sayının 60%-nə icazə verəcək.

“Məlum olduğu kimi, Omikron ştammının yayılmasının
pik həddi aşağıya doğru fazaya daxil olub, ona görə də mart ayından vəziyyətin sabitləşməsini nəzərə alaraq, gecə klublarının fəaliyyətini bərpa etmək mümkün hesab edilib”,
- deyə hökumət administrasiyasının bəyanatında qeyd olunub.

Mənbə: Publika
Print Email
FaceBook Twitter Google