Gürcüstan və Türkiyənin müdafiə nazirləri təhlükəsizlik məsələlərini müzakirə ediblər
Brüsseldə Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze və Türkiyənin milli müdafiə naziri Hulusi Akar arasında görüş olub.

Bu barədə Gürcüstanın Müdafiə Nazirliyindən bildirilib.

NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin iclası çərçivəsində baş tutan görüşdə tərəflər iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq və gələcək planları müzakirə ediblər.

C.Burçuladze türkiyəli həmkarını Gürcüstanın Müdafiə Qüvvələrində həyata keçirilən islahatlar və Türkiyənin hərbi təhsil sahəsində göstərdiyi dəstək barədə danışıb.

Görüşdə Qara dəniz regionunda təhlükəsizlik, bölgədə sülh və sabitlik məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google