İş yerində səni sıxışdırdıqlarını necə başa düşməlisən – “Ədalətli Seçkilərin” hüquqşünası ilə müsahibə
Gürcüstan Konstitusiyasına əsasən, hamı hüquq qarşısında bərabərdir. İrqinə, dərisinin rənginə, cinsinə, mənşəyinə, etnik mənsubiyyətinə, dilinə, dininə, siyasi və ya başqa baxışlarına, sosial mənsubiyyətinə, əmlak ya status vəziyyətinə, yaşayş yerinə və ya başqa əlamətlərə görə, ayrı-seçkilik qadağandır. Vətəndaşlar həyatlarının hər hansı mərhələsində, hər hansı vəziyyətdə ayrı-seçkiliklə qarşılaşa bilərlər. Həmçinin, iş yerlərində, şirkət əməkdaşa müəyyən əlamətə görə, fərqli baxan zaman da bu ola bilər.
İş yerində ayrı-seçkilik, siyasi əlamətlə ayrı-seçkilik halları, ayrı-seçkiliklə mübarizənin hüquqi yolları – “Marneuli” radiosu bu mövzularda “Ədalətli Seçkilərin” “Media və ictimai sektorda işləyənlərin bərabər hüquqi əlçatanlığı” layihəsinin hüquqşünası Meqi Bakuridze ilə söhbət aparıb.

- Meqi, iş yerində ayrı-seçkilik hallarından söhbət açmazdan əvvəl bizə diskriminasiyanın nə olduğunu deyərdiniz?

Diskriminasiya şəxsə qanunvericiliklə verilmiş hüquqdan istifadə etməyə mane olan hərəkət, belə şərait yaratmaqdır. Yəni onun fərqli əlaməti olduğuna görə hüququndan yararlanmağa mane olmaq. Bu həmin şəxsin irqi, cinsi, dərisinin rəngi, vətəndaşlığı, mənşəyi, ailə vəziyyəti, onun siyasi və ya dini mənsubiyyəti, yaxud hər hansı başqa əlamət ola bilər. Bu şəxsə qarşı fərqli yanaşmaya əsas ola bilər və ola bilsin, o, hər hansı hüququndan yararlana bilməsin. Diskriminasiya budur. Ancaq ayrıca sahələrdə, müxtəlif qanunvericilik aktında diskriminasiyanın tənzimləyici, qadağa normaları fərqli izah olunur.

- İş yerində diskriminasiya (ayrı-seçkilik) nə hesab olunur və onun hədəfi kim ola bilər?

Diskriminasiya formalarından biri iş yerində ayrı-seçkilikdir və bu işlə təmin olunanın sadaladığımız, şəxsi hər hansı hüququndan istifadə etməkdə məhdudlaşdıran fərqli əlamətinə görə qəsdən və ya ehtiyatsızlıqdan başqa əməkdaşlardan fərqəndirmək deməkdir. Bu məzuniyyət hüququndan istifadə etməkdə, əlavə iş üçün maaş almaqda ola bilər. Elə hallar olub ki, əməkdaşlardan birinin sığorta paketini aktivləşdirməyiblər. Çünki onun ailə üzvü müəyyən siyasi partiyanın üzvü olub. Əksər hallarda iş yerində gender əlaməti ilə sıxışdırmalar olur və s.

Əmək məcəlləsi ayrıca halları, eləcə də iş yerində sıxışdırma formasını tənzimləyir və qanunvericilikdə qeyd olunub ki, ola bilsin bu iş yerində cinsi sıxışdırma da ola bilər. Eləcə də işlə təmin edənin iş dövründə əməkdaşa düşmən, yaxud hədələyici, ləyaqəti təhqir edən mühiti yaradan digər sıxışdırma formaları. Bu əlbəttə, Əmək Məcəlləsi ilə qadağan edilib. Əmək Məcəlləsi üzvi qanundur, müvafiq olaraq iş yerində diskriminasiya ayrıca təsvir edilib və buna bütün işlə təmin edənlər riayət etməlidir. Əks halda işlə təmin olunanın Xalq Müdafiəçisinə, həmçinin, məhkəməyə müraciət etmək hüququ var. Məhkəməyə müraciət etdiyi halda ziyanın qarşılanmasını, verilməmiş maaşların kompensasiyasını və s. tələb edə bilər.

- Maraqlıdır, Gürcüstan reallığında ən çox hansı növ diskriminasiya halları ilə qarşılaşırıq?

Bizim təşkilat – “Ədalətli Seçkilər” siyasi əlamətlə diskriminasiyaya uğramış əməkdaşları müdafiə edir və bu layihə çərçivəsində əksər hallarda siyasi əlamətlə diskriminasiyanın müəyyən edilməsi üçün müraciət edirlər, onlara hüquqi yardım göstərməyimizi istəyirlər. Biz benefisiarlara hüquqi yardım göstəririk, eləcə də onlara rüsumu ödəməyə kömək edirik. Qeyd edilməlidir ki, 2021-ci ildə, baş nazir Qiorqi Qaxaria vəzifəsini tərk edən zaman partiya yaratdı. Bu zaman onun çox sayda dəstəkçiləri var idi və həmin dəstəkçilər sosial şəbəkədə, televiziyalarda həmin partiyanı bəyəndiklərini bildirirdilər, onlar açıq şəkildə Qiorqi Qaxarianı dəstəkləyirdilər. Məhz bundan sonra birmənalı şəkildə, nəinki dövlət qurumlarında, həm də qeyri-kommersiya tipli hüquqi şəxslərdə və MMC-lərdə yenidən təşkil olunmalar başladı. Və ya bu adamlara başqa hüquqi əsas yaradıldı, məsələn, əmək müqaviləsindən imtina, birbaşa işdən azad edilmələr, yaxud qeyri-real əsaslarla nizam-intizam tədbirlərinə başlanıldı. İş yerlərinə audit göndərdilər ki, hansısa pozuntu aşkarlansın. Bu pozuntudan sonra isə Qiorqi Qaxarianı açıq şəkildə dəstəkləyən həmin adamlarla bağlı nizam-intizam tədbirlərinə başlanılsın. Xalq Müdafiəçisi bununla bağlı dəfələrlə bəyanat verdi. Eləcə də həmin adamlara qarşı çox sayda diskriminasiya halları aşkarladı. İşlə təmin edənlərə bu fəaliyyətlər, bu fəaliyyətlər nəticəsində yaranmış pozuntular ilə bağlı tövsiyə ilə müraciət etdi. Ancaq əksər hallarda Xalq Müdafiəçisinin tövsiyəsini nəzərə almırdılar və həmin adamlar öz hüquqlarını məhkəmə yolu ilə qorumalı olurdular.

- Siz iş yerində işçiləri qoruyan hüquqi mexanizmlərdən danışdınız. Maraqlıdır, işlə təmin olunan iş yerində diskriminasiya qurbanı olduğunu hesab edirsə, bu halda kimə müraciət edə bilər?

Bununla bağlı birbaşa qanunvericilik qeydimiz var ki, hər hansı şəxs özünə qarşı diskriminasiya edildiyini hesab edirsə və o, diskriminasiya qurbanıdırsa, öz hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etsin. Eləcə də Diskriminasiyanın Bütün Formalarının Qarşısının Alınması Haqqında Qanun belə halları tənzimləyir, əgər vətəndaş diskriminasiya qurbanı olduğunu düşünürsə, diskriminasiya xarakterli münasibətə görə Xalq Müdafiəçisinə də müraciət edə, diskriminasiyanın aşkar edilməsini tələb edə bilər. Qeyd etmək lazımdır ki, Xalq Müdafiəçisinə müraciət etməklə məsələ vaxt baxımından daha tez müəyyən olunur və nəticə əldə edilir. Əgər diskriminasiya varsa, Xalq Müdafiəçisi quruma tövsiyə ilə müraciət edəcək ki, diskriminasiyanın nəticələri aradan qaldırılsın. Ancaq qeyd etmək lazımdır ki, Xalq Müdafiəçisinin tövsiyəsi tövsiyə xarakterlidir, işlə təmin edənlər əksər hallarda bu tövsiyəyə əməl etmirlər. Məhkəmənin daha çox gücü var. Onun qərarı məcburi həyata keçirilməlidir. Prosessual Məcəllədə daha çox mexanizmlər var ki, insan öz hüquqlarını müdafiə etsin. Məsələn, əgər şəxs işdən azad edilibsə və azad edildikdən sonra onun vəzifəsinə heç kim təyin edilməyibsə, həmin şəxs məhkəmə yolu ilə, şikayətin təmin edilməsi vasitəsilə işlə təmin edənə başqa şəxsi işə götürməyi qadağan edə bilər. Həmin şəxsə məhkəmə qərarından sonra öz vəzifəsinə qayıtmaqda maneçilik olmamalıdır. Bu çox yaxşı vasitədir və biz, “Ədalətli Seçkilər” çox sayda hadisələrdə bundan istifadə etmişik. Bir halda ki, məhkəmə işləri uzadılır, həmin dövrdə onların vəzifəsi qorunub-saxlanılır, əgər məhkəmə bizim şikayəti təmin edərsə, onlar birbaşa vəzifələrinə təyin olunurlar və işə davam edirlər.

- Əgər işlə təmin edən artıq işdən azad edilmiş şəxsin vəzifəsini ləğv edibsə və ya onun yerinə başqa əməkdaş qəbul edibsə, diskriminasiya qurbanının işə qaytarılması necə olur?

Bu da çox problemlidir. Biz hüquqi müdafiə vaxtları belə hallara çox rast gəlirik. Bir halda ki, işlə təmin edənlər başqa əsas yaza bilmirlər və bütün təşkilatı işə salırlar. Məqsəd isə odur ki, yenidən təşkil olunma qanuni şəkildə başlasın və xoşlarına gəlməyən əməkdaşı işdən azad etsinlər. Bizdə elə hal olmuşdu ki, 500-dən artıq işçisi olan təşkilatda yalnız bir konkret adamın azad edilməsi üçün yenidən təşkil olunmağa başladılar. Həmin şəxsin ailə üzvü sosial şəbəkələrdə Qiorqi Qaxarianın partiyasını açıq şəkildə dəstəklədiyini bildirmişdi. İşdən ona görə azad ediblər, çünki bu şəxsin işlədiyi dövrdə onun azad edilməsi üçün başqa əsas tapa bilməyiblər. Bu halda məhkəmə həmin şəxsin ona bərabər vəzifəyə təyin edilməsi öhdəliyini qoyur. Əlbəttə, məhkəmə qərarından sonra həmin təşkilatda ona bərabər vəzifə olarsa. Belə vəzifə olmasa, nisbətən aşağı olan vəzifəyə təyin etsinlər. Əgər belə hal yoxdursa, o zaman işlə təmin edənə kompensasiya öhdəliyi qoyulacaq. Çünki o, işçini yerinə bərpa edə bilməyib.
- Diskriminasiya qurbanları “Ədalətli Seçkilərdən” hansı yardımları ala bilərlər?

Bizim “Media və ictimai sektorda işləyənlərin bərabər hüquqi əlçatanlığı” layihəsi bir ildən artıqdır ki, həyata keçirilir. Bu günə qədər özünün iş yerində sıxışdırıldığını hesab edən, əlbəttə, əgər iş prosesində hansısa hüququnu həyata keçirməyə mane olunan, yaxud hər hansı diskriminasiya əlamətinə görə işdən azad olunmuş hər kəs. Həmin şəxslər bizim təşkilata müraciət edə bilərlər və biz əvvəlcə məsləhət verəcəyik, sonra artıq hadisənin bizim meyarlara daxil olub-olmadığı qiymətləndirilir. Daha sonra hüquqi tədbirlər başlayacaq və həmin şəxsə öz hüquqlarını bərpa etməyə kömək edəcək.


Print Email
FaceBook Twitter Google