Marneuli bələdiyyəsinin yerli özünüidarəsi Mədəniyyət Mərkəzi
binasının bərpasını planlaşdırır.
Marneuli meriyası Mədəniyyət Mərkəzi binasının bərpa işləri üçün
lazımi smeta sənədlərinin tərtib edilməsi ilə bağlı 99 600 lari
dəyərində tender elan edib.
Tender təklifinə görə, Mədəniyyət Mərkəzinin tam bərpası
planlaşdırılır. İşlər isə sonrakı istiqamətdə aparılmalıdır:
- Bayır fasad divarlarının bərpası;
- Binada imkan daxilində 2 məkanın tikilməsi
(xoreoqrafiya və teatr məşqləri üçün);
- Məkanda istilik/sərinləşdirmə/havalandırma sistemləri,
ayaqyolu, liftin quraşdırılması nəzərdə tutulacaq;
- Binanın dam örtüyünün tam bərpası;
- Mövcud zirzəmilərin bərpası;
- Yanğın halları üçün nərdivanın bərpası;
- Zalda: Səhnənin səthi dəyişdirilməsi, səhnə
mexanizmlərinin bərpası/dəyişdirilməsi, işıqların quraşdırılması,
səs əks etdiricilərinin yerləşdirilməsi, tamaşaçı üçün
oturacaqların dəyişdirilməsi, səs sisteminin
düzülməsi;
- Müxtəlif otaqlarda arakəsmələrin quraşdırılması/ofis
sahələrinin bərpası;
- Mövcud ayaqyolunun bərpası;
- İki geyim otağının quraşdırılması (kostyumlar və
tamaşaçılar üçün);
- Binanın əsas girişində kiçik muzey guşəsinin
yaradılması;
- Qrim otaqlarının quraşdırılması;
- Səhnənin arxa tərəfində, binanın üzərində bir açılış və
dekorasiya gətirmək üçün giriş qapısının qurulması;
- Binanın girişində turniklərin
quraşdırılması;
Tender sənədlərinə görə, Marneuli Mədəniyyət Mərkəzi binasının
bərpa işləri üçün təxmini vəsait 3 000 000 laridir.
Marneuli meriyası Mədəniyyət Evinin yendiənqurması/bərpası üçün
smeta sənədlərinin tərtib edilməsi alqı-satqısını 21 may tarixində
elan edib. Tenderdə iştirak etmək istəyən şirkətlər 31 may
tarixindən, 3 iyun tarixinə qədər öz təkliflərini göndərə bilərlər.
Tenderdə qalib gələn şirkət müqavilə bağlandqdan sonra 120 gün
ərzində smeta sənədlərini meriyaya təhvil verməlidir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.