Aktual Mövzu -İnteqrasiya zamanı milli azlıqların mədəniyyətinin qorunması
Gürcüstanın mülki həyatında milli azlıqların
inteqrasiyası prosesi haqqında tez-tez söhbət açılır. Dil,
mədəniyyət, ədəbiyyat – inteqrasiya və tamhüquqlu vətəndaşa qədər
yol buradan başlayır.
Lakin Gürcüstanda yaşayan Gürcüstan
vətəndaşları olan etnik azlıqlar bu prosesdə öz mədəniyyəti və
dilini itirmək qorxusu görürlər.
Gürcüstanda etnik azərbaycanlılar ən çox Marneuli bələdiyyəsi
ərazisində yaşayırlar. Marneuli əhalisinin 78%-ni etnik
azərbaycanlılar təşkil edir. Regionda hər zaman gürcü
ictimaiyyətində, dil, mədəniyyət sahələrində milli azlıqların
iştirakı və paralel olaraq milli kimliyin qorunması məsələsi kəskin
şəkildə durub.
Gürcüstanda yaşayan milli azlıqların milli kimliyi məsələsinin
qayğısına kim qalmalıdır? Milli azlıqlar özləri, yoxsa dövlət?
Marneuli mədəniyyət mərkəzinin direktoru Nato Şavişvili hesabat
təqdim edərkən Mədəniyyət Mərkəzinin benefisiarları milliyətinə
görə seçməməsindən fəxrlə danışırdı. Mərkəzdə bir çox xidmətlər var
ki, bu xidmətlərdən mədəniyyət və dinindən asılı olmayaraq hər kəs
faydalana bilər. Mədəniyyət Mərkəzinin etnik azərbaycanlı əməkdaşı
yoxdur. Dəqiq desək 38 əməkdaşı var.
Siz İnsan
Hüquqlarının Araşdırma və Monitorinqi Mərkəzinin hüquqşünası Mariam
Qabriaelaşvilini dinləyirdiniz. Milli mədəniyyətin və milli
kimliyin qorunması və saxlanılması hüququnu Mülki və Siyasi
Hüquqlar Paktının 27-ci maddəsi təmin edir.
Həmin maddəyə görə, Etnik, dini və ana dili baxımından azlıqların
yaşadığı ölkələrdə belə azlıqlara mənsub olan şəxslərin həmin
qrupun digər nümayəndələri ilə bərabər öz mədəniyyətindən
yararlanmasına, öz dinlərinə inanmalarına və əməl etmələrinə və ya
öz ana dillərindən istifadə etmələrinə heç kəs qarşı çıxa
bilməz.
27-ci maddə ilə qorunan hüquqlar yalnız fərdi xarakter daşımır,
eyni zamanda dövlət tərəfindən etnik azlıqlarla münasibətdə müsbət
öhdəliklərin həyata keçirilməsini tələb edir.
Fəal vətəndaş Samirə Bayramovanın bəyanatından sonra Marneuli
Mədəniyyət Mərkəzinin rəhbərliyi bizimlə söhbəti zamanı bildirdi
ki, mədəniyyət evində Azərbaycan folkloru kursları açılacaq, lakin
hələ ki, vətəndaşlara bununla bağlı bir rəsmi açıqlama olmayıb.
Verlişin səsli dinləmək üçün aşağıdakı linkə keçid edə bilərsiz:
↓