Aktual Mövzu - Fermerə 100 000 lariyə başa gələn dərmanlama
Qızılhacılılı fermer, Elmin Qaxacov 9 mayı xatırlamaqda çətinlik
çəkir. Həmin gün onu gözü qarşısında 130 iri buynuzlu mal-qara
birgə yıxılıb. Mal-qaranın əksəriyyəti ölüb və evə gedəndə 100 000
lari dəyərində zərər olduğunu hesablayıb. Hadisə onlarla inəyin
gənəyə qarşı dərmanla çimizdirdikdən və tarlaya buraxdıqdan sonra
baş verib.
“Günorta, saat 1-2 arası inəkləri çimizdirdim və bayıra
çıxardım. 40 metr getməmişdilər və hamısı öldü. 10 dəqiqədə
öldülər. Sonra həkim də gəldi. Cəmi 130 inək idi, 61-i öldü. 40
mənim idi, ikisi qonşunun, 16-ı isə əmimin – üçü də sonrakı gün
öldü” - Elmin danışır.

Zərərçəkən mal-qaranın zəhərləndiyi dərmanı Marneulinin
apteklərinin birindən alıb. Deyir ki, dozasını biraz artıq eləyib.
Ancaq belə başqa dərman vuran vaxtı da edib və mal-qaraya heçnə
olmayıb. Qaxacovun dərman aldığı, Marneulinin baytar aptekində
fermeri ehtiyatsızlıqda günahlandırırlar.
“Şüşüəyə yazılıb ki, 10 litr suya 15 qram tökməlisən.
Bu normal dozadır. Bundan inəklər ölməzdi. 9 ildir burada
çalışıram, heç vaxt belə hal olmayıb. Sadəcə dozaının artıq
ediblər. Çimizdiriblər və otaracağa buraxıblar. Dozanın artıq
olmasına görə ölüblər” – baytar aptekin əməkdaşı
Elmira Mustafayeva deyir.
Qaxacovun ehtiyatsızlığını Milli Ərzaq Mühafizəsi Agentliyinin
Kvemo Kartli İdarəsinin rəhbəri də istisna etmir. Miranqula
Liparteliani deyir ki, ilkin araşdırmaya görə fermer tərəfindən
dərmanın düzgün dozada istifadə olunmaması təsdiqlənib. Ancaq yekun
tədqiqatı istintaq tərəfindən gözləyir.
“Biz tədqiqat apardıq, başqa istiqamətləri də istisna etmirik. Yenə
də sığorta məqsədi ilə pataloji material götürdük və laboratoriyaya
göndərildi. Cavablar infeksiya xəstəlikləri ilə bağlı mənfi gəldi,
bununla bağlı analiz götürmüşdük. Ona görə də bizim tərəfimizdən
infeksiya xəstəlikləri istisna edildi. Qalanını istintaq müəyyən
edəcək” – Miranqula Liparteliani deyir.
DİN İstintaqa CM-nin 188-ci maddəsi ilə başlayıb. Maddə əşyaya
ehtiyatsızlıqdan zərər vurmaq və ya məhv etməni nəzərdə tutur.
DİN-in açıqlamasına görə indiki mərəhlədə istintaq aktiv şəkildə
aparılır.

İnəklərin kütləvi ölməsi, güman ki, fermerin səhv hərəkətinə görə
baş verib. Həmin kənddə yaşayan özəl baytarı öz gücləri ilə
mal-qaranı xilas edə bilmədikdə çağırıblar. Qızılhacılı sakini
baytar Anar Məmişov 69 inəyi tək xilas edə bilib. Gəlin onun
müsahibəsini dinləyək.
“Zəhərlənmə çox güclü idi. Bilmirəm nədən olub. Mənə
zəng vurdular getdim. 20 dəqiqəyə getdim orada inəkləri yuduq.
Uşaqlara zəng vurdum 10 tonluq çən gətirdilər bir-bir hamısını
yuduq. Bütün kənd sakinləri kömək elədi. Orada böyük iş görüldü.
Sonra iynələr vurduq. Həkimin eyni zamanda 25 iynə vurması asan
deyil. Yenə qeyd edirəm ki, baytar həkimdən soruşmadan heyvana heç
bir dərman verməsinlər. Zəng vurub soruşsunlar” –
Anar Məmişov dedi.
Siz Qızılhacılı sakini olan baytar həkim Anar Məmişovun
müsahibəsini dinləyirdiniz. O, inəklərin ölməsi faktına görə
fermeri günahlandırır və hamını öz başına müdaxilə etməkdən,
səlahiyyətli olmadıqları məsələlərə qarışmaqdan çəkinməyə
çağırır.
Fermerlərin məlumatlandırılmasına cavabdeh olan orqan Milli Ərzaq
Agentliyidir. Kvemo Kartli İdarəsinin rəhbəri Miranqula
Liparteliani bizi əmin edir ki, Marneulidə fermerlərin məlumatsız
qalması minimum endirilib.
“Bütün dərmanların özünün təlimatı, istifadə qayadası, dozası və.s
var. Hamı bu təlimata əməl etməlidir. Başqa halda pis nəticə
alınacaq. Belə hallar nadir baş verir. Çünki Milli Ərzaq Mühafizəsi
Agentliyi son 5-6 ildir ki, xüsusi təhlükəli xəsətəliklərə nəzarət
edir. Biz region miqyasında 100 nəfər baytarı bu kimi tədbirləri
həyata keçirmək üçün qəbul etmişik. Marneulidə bizim ofisimiz də
var və baytar həkim də oturur, eləcə də 25-ə yaxın köməkçi baytarı
ştatdan kənar qəbul etmişik” - Miranqula Liparteliani deyir.
Siz Milli Ərzaq Agentliyinin Kvemo Kartli İdarəsinin rəhbəri
Miranqula Lipartelianini dinləyirdiniz. O, deyir ki, onlar
tərəfindən məlumat gürcü və azərbaycan dilində çatdırılır.
Lipartelianidən fərqli olaraq “Gələcək fermerin” rəhbəri Rusudan
Qiqaşvilinin başqa mövqeyi var. Gəlin onu dinləyək.
“Kiçik fermerlər üçün kənd təsərrüfatına qoşulmaq çox
vaxt dolanmaq üçün lazımdır. Ailələrini idarə etmək üçün, maddi
baxımdan mübarizə aparırlar və bu sahədə məlumatları olmayan işlər
də görürlər. Bu isə çox hallarda pis nəticə ilə başa çatır. Bu
halda da vəziyyət belədir, fermer baytarın mümdaxiləsi olmadan
mal-qaraya dərman verib. Bu tez-tez baş verən adi haldır. Bunun
səbəbi odur ki, ölkədə fermerlərin məlumatının artırılması üçün
işlər görülmür. Kadr çatışmamazlığı da var, baytar həkimlər
yoxdur” - Rusudan Qiqaşvili dedi.
Siz “Gələcəyin fermeri”nin sədri Rusudan Qiqaşvilini dinləyirdiniz.
O, dedi ki, ölkədə fermerin məlumatlandırılması baxımından davamlı
çalışmalar aparılmır və buna görə də belə nəticələrə gedib
çıxırlar.
Marneulidə əhalinin əksəriyyəti fermer təsərrüfatı ilə məşğuldur.
Fermerlərin özbaşına müdaxilə etməsindən yaranan nəticənin
azaldılması üçün yeganə çıxış yolu aktiv şəkildə məlumatlandırma
kampaniyasının aparılmasıdır.
Bununla yanaşı ekspertin fikrincə dövlət baytarlarının
çatışmamazlığı da böyük problemdir və özəl baytar institute ciddi
şəkildə gücləndirilməlidir. Avropa Birliyi ilə bağlanan assosiaisya
sazişinə əsasən Gürcüstanda fermer və baytarlıq istiqamətində bəzi
dəyişikliklərin aparılması 2020-ci ilə qədər planlaşdırılır.