"Aktual Mövzu" Verilişi - Tədqiqat prinsipi və məhsulun etiketləşdirilməsi istifadəçini ərzaqdan xəstələnməkdən qoruyur
“Aktual mövzu” verilişi - bugünkü verilişin
mövzusu biznesoperatorların Avropa İttifaqı ilə dərin və hərtərəfli
ticarət razılaşması çərçivəsində ərzaq təhlükəsizliyi istiqamətində
öhdəlikləridir.
“Marneui icma radiosunun efirində DCFTA haqqında verilişlər
silsiləsi” layihəsi “Gürcüstan Avropa yolunda: DCFTA-nın və kiçik
və orta sahibkarların strategiyasının tətbiq olunması üçün səmərəli
model yaradılması” layihəsi çərçivəsində həyata keçirilir.
Layihənin məqsədi Avropa İttifaqı ilə dərin və hərtərəfli azad
ticarət haqqında razılaşma (DCFTA) ilə bağlı məlumatın
yayılmasıdır.
Biznesoperatorlar DCFTA çərçivəsində ərzaq təhlükəsizliyi
istiqamətində bir sıra tədbirlər həyata keçirməli olacaqlar. Misal
üçün, ətin satılması zamanı forma 2 adlanan sənəd də olmalıdır və
sallaqxana baytarı tərəfindən işarələnməlidir. Əks halda satıcı
Gürcüstan qanunlarına əsasən 100 lari həcmində cərimə olunur. Bu
biznesoperatorlara tətbiq olunacaq tənzimləmələrdən biridir.
Daha ətraflı verilişi dinləyə bilərsiz.