Vərəsəlik hüququ

Vərəsəlik əsası – dünyasını dəyişmiş şəxsin əmlakı iki əsasla vərəsəliyə keçir: 1) Qanuni vərəsəliklə; 2) Vəsiyyətnamə ilə.

Eləcə də hər iki əsasla bərabər şəkildə keçə bilər, Məs: vəsiyyətnamə ilə əmlakın yalnız bir hissəsi nəzərdə tutulub, digər hissəsi qanuni vərəsəliklə keçir. Qanuni vərəsəliklə əmlak yalnız o zaman ötürülür ki: a) vəsiyyətnamə olmur; b) vəsiyyətnamə əmlakın yalnız bir hissəsini əhatə edir; q) vəsiyyətnamənin ümumilikdə, yaxud bir hissəsi etibarsız hesab olunub.

Qanuni vərəsəlik və varislərin ardıcıllığı

Yuxarıda qeyd olunduğu kimi dünyasını dəyişmiş şəxsin – miras sahibinin əmlakı (miras) başqa şəxslərin mirasına keçir. Mirasın varislərə keçməsinin iki əsası var: a) qanuni əsas; b) vəsiyyətnamə. Siz əmlakınızı, yaxud onun bir hissəsini vəsiyyətnamə ilə bir və ya daha çox şəxsə verə bilərsiniz. Həmin şəxs varislərdən də ola bilər, kənar şəxs də. Vəsiyyətnaməni tərtib etmək üçün varisin razılığı lazım deyil. Vəsiyyətnamənin tərtib olunmasından sonra da onu dəyişə və ya istəyinizə uyğun olaraq ləğv edə bilərsiniz. Qanuni varislər miras sahibinin dünyasını dəyişdiyi zaman sağ olan şəxslər, eləcə də miras sahibinin ölümündən sonra dünyaya gələn övladları ola bilər. Belə şəxslərin dairəsi və ardıcıllığı qanunvericiliklə daimi müəyyən olunub.

Qanuni varislərin ardıcıllığı nə deməkdir?

Qanunla varislərin ardıcıllığı 5 sıradır. Əvvəlki sıranın bir varisinin olması belə sonrakı varisin miras sahibi olmasını istisna edir:
Məs: Əgər miras sahibinin ölüm məqamında birinci sıra varis sağdırsa və o, mirası qəbul edirsə, o zaman ikinci sıranın varisləri mirası ala bilməyəcəklər. Yaxud əgər birinci və ikinci sıra varislər yoxdursa və üçüncü sıradan bir varis varsa, o zaman dördüncü sıra varis mirası ala bilməyəcək.
I sıra varislər: Övladlar (həmçinin, dünyasını dəyişdikdən sonra doğulan övladlar), həyat yoldaşı, valideynlər.
II sıra varislər: bacı-qardaş.
III sıra varislər: nənə-baba.
IV sıra varislər: əmilər, xalalar və bibilər.
V sıra varislər: əmiuşaqları, xalauşaqları və bibiuşaqları.
Bir sıraya daxil olan varislər mirası almaqla bağlı bərabər hüquqlara malikdir.
Məs: Əgər şəxs dünyasını dəyişibsə və varisləri iki övladı, həyat yoldaşı və anasıdırsa, o zaman miras 4 hissəyə bölünür və varislərin hamısına eyni qədər pay düşür.
Əgər heç bir sıranın varisi yoxdursa, miras dövlət mülkünə keçir.

Mirası almaq – qanun, yaxud vəsiyyətnamə ilə miras payı və ya mirasın bir hissəsi olan şəxsin mirasın açılmasından 6 ay müddətində onu almaq səlahiyyəti var.

Vacib pay
Miras sahibinin, yəni dünyasını dəyişən adamın övladları, valideynləri və həyat yoldaşı vəsiyyətnamənin məzmununa baxmayaraq, vəsiyyətnaməni yazan şəxsin onları nəzərə alıb-almamasına baxmayaraq vacib paya malikdirlər. Vacib pay qanunla varislik zamanı hər bir varisin alacağı payın yarısını təşkil edir. Vacib payın müəyyən edilməsi zamanı əvvəlcə müəyyənləşdirməliyik ki, vacib payı alacaq neçə varis var. Sonra bütün mirasın dəyərini müəyyən etməliyik. Bundan sonra alınan əmlakın dəyərini vacib payı almaq hüququ olan (övlad, həyat yoldaşı, valideyn) şəxslərə bölməliyik. Alınan əmlak dəyərinin yarısı vacib paydır.

 

Layihə Demokratiya Komissiyası Kiçik Qrantlar Proqramı çərçivəsində ABŞ səfirliyi tərəfindən maliyyələşdirilir. Verilişdə səsləndirilən fikirlər müəllifə aiddir və ABŞ Dövlət Departamentinin mövqeyini əks etdirməyə bilər.

Print Email
FaceBook Twitter Google