18 yaşınadək iki dəfə nişanlandırılmış ancaq hər iki dəfə də qazanan tərəf
Çinarə ilk dəfə 14 yaşındaikən, ikinci dəfə isə 17 yaşındaikən nişanlandırılıb. O, özünü dövlət qurumlarına əmanət edib və nəticədə bugün, gürcü dilini öyrənib, istədiyi yerdə çalışır və sevimli peşəsinə yiyələnmək üçün hazırlanır.

“Mübarizə hər zaman mənimlə idi. Mən isə sadəcə və sadəcə dövlətə inandım. Onlarda mənə söz verdilər ki, hərşey yaxşı olacaq, belədə oldu. 9 aydır ki, çox yaxşı yaşayıram. Bu gün öz aylığım var, hətta ailəmədə yardımçı oluram. Hal-hazırda yeganə isdəyim var atamın türmədən çıxması,”-deyir Çinarə.

18 yaşlı Çinarə Tetritskaroludur. 14 yaşındaikən O, ailəsinin qərarı ilə tanımadığı biri ilə nişanlandırılıb. Çinarənin danışdığına görə iki tərəfdən ailələr toy etmək isdəyirdilər, bu isə Çinarənin istəmədiyi biri ilə evlənməsi demək idi. Bunların hər biri Onuna, istəyi xaricində baş verirmiş. Ailəsinə etirazını bildirməsinə baxmayaraq isə, onu heçkim dinləmirmiş. Çinarənin isə yeganə çıxış yolu qanunla addım atmaq idi.

“Rayonda ki, jurnalist dostumdan və müəlliməmdən yardım istədim. Onlar məni xalq müdafiəçisi aparatı ilə əlaqələndirdilər. Oraya baş vurdum və nəticədə atam məni 18 yaşımadək evləndirməyəcəyini təstiqləyən sənədə imza atdı”,- söyləyir Çinarə.

Çinarəni söyləyir ki, o səsküylü hadisədən sonra nişanı geri qaytarılıb. O artıq azad və sakitlikdə olduğunu düşünərkən daha böyük mübarizə ilə qarşılaşıb. Çinarə ikinci dəfə eyni adamla birdaha istəyi olmadan nişanlandırılıb. Ailəsi onun 18-ci ad günündən iki həftə öncə toy keçirməyi planlayıb və bu isə Çinarənin 17 yaşında evlənməsi demək idi.

“18 yaşım tamam olmamışdı, çox qorxurdum, evlənmək istəmirdim. İkinci dəfə yardım istəmək qərarına gəldim. Bu səfər sığınacağa apardılar məni, atam isə, imzaladığı sənəddə yazılanlara müvafiq olaraq sözünü tütmadığı üçün saxlanıldı və türməyə düşdü”.

“Olanlardan əlbətdə ki, mənimdə xoşüm gəlmir, ancaq nə edə bilərdim ki, başqa çıxış yolum yox idi. Bütün həyatımı bədbəxt yaşaya bilməzdim. Dövlətin məsləhəti ilə və xüsusi qürumların yardımı və dəstəyi ilə bu günə gəldim çatdım. Düşünürəm ki, böyüdüm, yeni bilik və təcrübə qazandım, dünya görüşüm tamamən dəyişdi. Vizaj öyrəndim. Qaldığım sığınacaq mad i dəstək göstərdi gürcü və ingilis dili kürsları keçdim və bugün heçkimdən asılı olamadan ayaqda dururam”,-deyir Çinarə.

Çinarə bu gün artıq 9 aydır ki, sığınacaqda yaşayır. O, həmçinin çalışır və polis əməkdaşı olmağı planlayır. Əmindir ki, təhsilini tamamladıqdan sonra həyatını daha yaxşı şəraitdə yaşayacaq. Olanlara baxmayaraq onun ailəsi ilə çox yaxşı əlaqəsi var.
Atasının türmədən çıxmağını gözləyir.

Müəllif - Şəlalə Əmircanova
Mənbə - Pəncərə
Print Email
FaceBook Twitter Google