Marneulili tələbələr "Rus Qanununa" qarşı
Gürcüstan universitet tələbələrinin bir qismi "rus qanununa" görə and içib. Onlar Avropaya hə deyirlər və Gürcüstan hökumətini qanun layihəsini geri çəkməyə çağırırlar.

Marneulili Tekla Dokvadze beynəlxalq Qara Dəniz Universitetinin beynəlxalq əlaqələr fakültəsinin tələbəsidir. O, bildirir ki, aksiyalara Gürcüstanın Avropalı gələcəyi üçün gedir və rusyönümlü rejimə yox deyir.

“Mən ölkəmin yeri haradadırsa, orada, tarixin doğru tərəfində, Azadlıq Meydanında
dayanıram. Bizim əcdadlarımızın azadlıq üçün mübarizə apardığı yer. Biz rusyönümlü rejimə qarşı uzun zaman əvvəl başlanılmış mübarizəni davam etdiririk. Bu rejimin məğlub olması üçün hamımız birləşməliyik. Biz dinc, təhlükəsiz və Avropa dövləti olaraq formalaşmağımıza mane olan heç kimi və heç nəyi istəmirik. Biz Rusiyanı istəmirik!!! Avropaya hə!!! "Rus qanununa" və Rusiya imperiyasına yox”,
- Tekla Dokvadze bildirir.


თეკლა დოკვაძის ფოტოები აქციიდან

Tekla 12 may tarixində, insanların Parlament qarşısında "rus qanuna" etiraz üçün səhərə qədər oyaq qaldığı aksiyaya da qoşulub. Daha bir tələbə, Marneulili Tamar Okropiridze aksiyadan yeni qayıdıb. Tamar Marneulidə qaçqınlıq nəticəsində yaşamalı olub. 7 yaşında olanda, 2008-ci ilin avqust müharibəsi zamanı Didi Liaxvidən Marneuliyə köçürülüblər. O, bildirir ki, Rusiya ilə bizi yaxınlaşdıracaq heç nəyi qəbul etməməyinin səbəblərindən biri də məhz budur. 

თამარ ოქროპირიძის ფოტო 13 მაისის აქციიდან

“Mənim üçün bu qanun "rus qanunudur", ona görə də xüsusilə pis emosiyalar oyadır. Mənim və çoxsaylı gənclərin mövqeyi aydındır. Biz Avropa yolunu seçirik və bizi keçmişə qaytaracaq hər şeyə qarşı çıxırıq. Məhz buna görə qərar verdik ki, Parlament binası qarşısında səhərə kimi oyaq qalaq və səhər gələn deputatlara bir daha, artıq üçüncü dəfə öz etirazımızı deyək, göstərək. Bütün gecə ərzində insanlar bir-biri ilə istiliyi, qidanı bölüşür, oynayır, oxuyurdular. Ancaq bu axşam səhər öz simasını dəyişdi, çünki hər tərəfdən xüsusi təyinatlılar, polis səfərbər edilmişdi. Bizi Parlament binasından uzaqlaşdırmağa başladılar ki, deputatlar üçüncü iclasa rahat getsinlər. Yekunda, hər şey başa çatdıqdan sonra polis insanları saxlamağa və bibər spreyindən istifadə etməyə başladı, 20-yə yaxın adamı səbəbsiz həbs etdilər. Ancaq bizi dayandıra bilməyəcəklər və mübarizəmizə davam edəcəyik”, –
Tamar dedi. 

თამარ ოქროპირიძის ფოტო აქციიდან

Tamar Cavaxişvili Universitetinin turizm fakültəsinin tələbəsidir. Eyni zamanda fotoqraflıqla məşğuldur və onun obyektivinə aksiyanın çox kadrları düşüb.
“Əlbəttə, andiçməyə qoşuluram və ümid edirəm ki, daha çox mühazirəçi, tələbə bizə qoşulacaq, çünki biz böyük qüvvəyik”. 

თამარ ოქროპირიძის ფოტო აქციიდან

Parlament qarşısında "rus qanununa" qarşı aksiya davam edir. Bu gün, 13 may tarixində Parlamentin Hüquqi Məsələlər üzrə Komitəsində “Agentlər qanununu” üçüncü oxunuşda 67 saniyəyə qəbul ediblər.

Qanun layihəsini plenar iclasda yekun, üçüncü dinləmə ilə sabah, 14 may tarixində müzakirə edəcəklər.


“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google