“Transparency International - Georgia”nın məlumatına görə, Hökumət
Administrasiyası rəhbərinin müavini
İlia Şamuqia 2023-cü ilin oktyabrında “Tbilisi bağları”
kompleksində bazar qiymətindən təxminən iki dəfə ucuz qiymətə 195,7
kv.m mənzil alıb.
TI yazır ki, yaşayış kompleksindəki oxşar mənzilin qiyməti,
şirkətin rəsmi saytında təxminən 1,3 milyon lari (512 min ABŞ
dolları) təşkil edir - İlia Şamuqia isə mənzili 283
min ABŞ
dollarına alıb. Lakin onların ifadəsinə görə, o, əmlakın vəziyyəti
haqqında bəyannamədə ondan da az - 226,4 min ABŞ dolları
göstərib.
TI yazır:
“İlya Şamuqia 12 aprel 2024-cü ildə təqdim etdiyi əmlakın vəziyyəti
haqqında bəyannamədə natamam və yanlış məlumatlar daxil edib.
I pozuntu: İlia Şamuqia Tbilisi bağları kompleksində aldığı 195,7
kv m mənzilin qiymətini 226 400 ABŞ dolları demiş, alqı-satqı
müqaviləsinə əsasən isə 283 000 ABŞ dolları ödəmişdir.
II pozuntu: bəyannamə daşınmaz əmlakın alınması üçün lazım olan
pulun mənşəyi ilə bağlı məlumatları tam əks etdirmir. O cümlədən,
bəyannamədə onun müqaviləyə əsasən mənzilin alınması üçün əlavə
olaraq ödədiyi 56 600 ABŞ dolları göstərilməyib. İlya Şamuqianın
bəyan etdiyi gəlir bu xərci ödəməyə kifayət etməməli idi.
III pozuntu: İlia Şamuqia öz adına olan bank hesablarını tam
açıqlamayıb, xüsusən də “TBC Bank”da xarici valyutada olan
hesabları göstərməyib. Açıqlanan məlumata görə, onun bank
hesablarında ümumilikdə 20 lari var”, - deyə məlumatda
bildirilir.
Bundan əlavə, TI 13 aprel 2024-cü ildə "Nodar Meladzenin
şənbəsin"də yayımlanan araşdırma süjeti əsasında İlya Şamuqia və
onun ailəsinin Rusiya ilə əlaqələri haqqında yazır.
“Şamuqia ailə üzvlərinin Rusiya/Gürcüstan ikili
vətəndaşlığı var və onlar da Rusiyadan neft idxalı ilə məşğul
olublar. Məlum olduğu kimi, 2017-ci ilin fevralına qədər İlya
Şamuqia Rusiyada futbolçu olub. İlia Şamuqia MSK seçicilərinin
vahid siyahısında yalnız 2017-ci ilin fevralında qeydə alınıb və
Gürcüstan parlamentində fəaliyyətə başlayıb.
“Qanunun tələbinə baxmayaraq, indiyədək Gürcüstan hökumətinin
saytında İliya Şamuqianın bioqrafik məlumatları (ən azı, təhsili və
iş təcrübəsi) haqqında məlumat yoxdur”, - məlumatda
qeyd edilir.
TI Korrupsiyaya Qarşı Mübarizə Bürosunu İlya Şamuqianın
bəyannaməsini öyrənməyə və qanuna uyğun hərəkət etməyə çağırır;
Həmçinin - dövlət administrasiyası İlya Şamuqianın təhsili və iş
təcrübəsi haqqında qanunla müəyyən edilmiş məlumatları ictimaiyyətə
çatdırmağa səsləyir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.