22 may tarixində Dəmyə Görarxı ictimai məktəbində 26 May
Gürcüstanın Müstəqillik Gününə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə məktəb və bağça müəllimləri, dəvət olunmuş qonaqlar və
kənd sakinləri iştirak ediblər.
Tədbir Dəmyə Görarxında fəaliyyət göstərən uşaq bağçasının
müəllimləri tərəfindən təşkil edilib. Onların sözlərinə görə,
gələcəkdə də bu cür tədbirlərin keçirilməsi planlaşdırılır.
Tədbirdə Gürcüstan bayrağı ucaldılıb və
sülhün rəmzi olan göyərçin
havaya buraxılıb. Bununla yanaşı tədbirdə gürcü və azərbaycan
dillərində şeirlər səsləndirilib və rəqslər nümayiş etdirilib.
Həmçinin valideynlərin dəstəyi ilə 26 Maya həsr olunmuş sərgi də
təşkil edilib.
Qeyd edək ki, 1918-ci ilin mayın 26-da Gürcüstanın Milli Şurası
dövlət müstəqilliyi aktını qəbul edib. Noe Jordaniyanın başçılıq
etdiyi ilk demokratik respublika Sovet işğalınadək – iki il yarım
mövcud olub. Bu dövrdə Gürcüstanın müstəqilliyi aparıcı Avropa
ölkələri tərəfindən tanınıb. Gürcüstan müstəqilliyini 70 ildən
sonra – 1991-ci ilin aprelin 9-da yenidən bərpa edib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.