Dmanisdə mal-qara çobansız necə otarılır?
Dmanisi bələdiyyəsinin Qanaxleba kəndində “Tarla günü” təşkil olunub. Mətbuat vasitələrinin nümayəndələrinə və fermerlərə Kvemo Kartlidə yeganə nəzarət olunan otlaqların nümunəvi sahəsi ilə tanış olmaq imkanı yaradılıb. Otlaq 38 hektar ərazidə salınıb, zonalara bölünüb və ətrafı elektrikli çəpərlə əhatə olunub.

Bütün bunlar kənddə yaşayan, əsas gəlir mənbəyi heyvandarlıqdan olan əhalinin vaxtına, enerjisinə qənaət edəcək, onların iqtisadi gəlirlərini yaxşılaşdıracaq.

Qafqaz Regional Ekoloji Mərkəzin layihə koordinatoru Anna Ruxadzenin bildirdiyinə görə, layihənin məqsədi Gürcüstanın deqradasiyaya uğramış otlaqlarının bərpası və davamlı idarə olunması yolu ilə torpağın deqradasiyasının neytral balansı üzrə milli məqsədlərə nail olmaqda kömək etməkdir.

Qafqaz Ekoloji Qeyri-Hökumət Təşkilatları Şəbəkəsi CENN-in nümayəndəsi Cimşer Koşadzenin sözlərinə görə, otlaqların düzgün idarə edilməsi və istifadəsi vacibdir, çünki onlar mal-qara üçün ucuz yem bazasıdır.

“Otlaqların davamlı idarə edilməsinə yönəlmiş layihə, deqradasiyaya uğramış otlaqların bərpası və davamlı idarə olunması yolu ilə milli torpaq deqradasiyası üzrə neytral balans məqsədlərinə nail olmaqdır. Bugünkü “Tarla günü” iştirakçılara davamlı otlaqların idarə olunması üsulları haqqında danışmaqdır”.

“Otlaqların bərpası layihəsində “Qafqaz Regional Ekoloji Mərkəzin” sahə eksperti Anzor Qaqoşidze bildirir ki, yerli otlaqların vəziyyətinin yaxşılaşdırılması, heyvandarlığın məhsuldarlığının artırılması çox vacibdir ki, bu da əhalinin sosial-iqtisadi vəziyyətinə təsir göstərir.

Hazırda Dmanisinin nəzarətində olan otlaqda 60-a yaxın iribuynuzlu mal-qara otarılır. Eteri Qoqoçuri Qanaxleba kəndində yaşayır. Onun əsas gəlir mənbəyi süd məhsullarıdır. O, layihənin onların həyatına böyük töhfə verdiyini və bunun da vaxta qənaətdə, iqtisadi vəziyyətlərinin yaxşılaşmasında özünü büruzə verdiyini deyir.

“Ətrafdakı bütün torpaq sahələri satılıb. Kəndin istifadəsinə çox az qalıb və bu layihə həqiqətən də vaxtında bizə çatdı. Bütün yay boyu mal-qara əvvəllər yarı ac idi, indi bütün yay üçün yem var".

Layihə çərçivəsində Gürcüstanın üç bələdiyyəsində oxşar otlaqlar var. Onların arasında Nanyansa kəndi (Qurcaani bələdiyyəsi) və Snoşi kəndi (Kazbeqi bələdiyyəsi) var.

Nəzarət olunan otlaq ən səmərəli və iqtisadi cəhətdən faydalıdır, otlaqların keyfiyyətini və məhsuldarlığını qorumaq üçün bir vasitədir.

Nəzarət olunan otlaqların üstünlükləri aşağıdakılardır:
  • Otlaqların məhsuldarlığının artırılması;
  • Artan ot biokütləsi və təkmilləşdirilmiş növ tərkibi;
  • Alaq otlarının yayılmasının azaldılması;
  • Otlaqlardan səmərəli istifadə heyvandarlığın məhsuldarlığını artırır ki, bu da ev təsərrüfatlarının gəlirlərinə müsbət təsir göstərir;
  • Mal-qaranın parazit xəstəliklərinin yayılmasının qarşısının alınması.
“Deqradasiyaya uğramış otlaqların bərpası və davamlı idarə olunması yolu ilə torpaqların deqradasiyası üzrə neytral balans (LDN) milli məqsədlərinə nail olunması” layihəsi Gürcüstanın Ekologiya və Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə həyata keçirilir, Qlobal Ekologiya Fondu (GEF) tərəfindən maliyyələşdirilir. Layihə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən həyata keçirilir. İcraçı təşkilat Qafqaz Regional Ekoloji Mərkəzidir (REC Caucasus). Layihənin tərəfdaşı CENN təşkilatıdır.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google