"Bütün bunlar inanılmazdır" - Kaladze Venesiya Komissiyasının rəyi haqqında Tbilisi meri və “Gürcü Arzusu”nun baş katibi Kaxa Kaladze bəyan edir ki, Venesiya

Komissiyasının "rus qanunu"na dair rəyi “siyasi qərəzlidir və hüquqi əsası yoxdur”.


Bu barədə o, bu gün, mayın 22-də Tbilisi hökumətinin iclasında məlumat verib.

“Venesiya Komissiyasının rəyi yalnız bir şeyi təsdiqləyir - şəffaflıq qanununa qarşı heç bir hüquqi və ya başqa cür arqument yoxdur. Təəssüf ki, Venesiya Komissiyası bizə hüquqi əsaslandırma əvəzinə, faktların təhrif olunduğu siyasi
qərəzli qiymət verdi. O, bizə hüquqi əsaslandırma və ya məzmunlu arqument təqdim etməyi zəruri saymasa da, qanuna müraciət edilməli olduğunu söylədi.
Venesiya Komissiyası Gürcüstanın vətəndaş təşkilatlarının və medianın şəffaflığını tələb etməməsi ilə bağlı tövsiyə ilə çıxış edir. Belə çıxır ki, bütün bunlar qeyri-demokratik hərəkətdir. Bütün bunlar sadəcə inanılmazdır. Gürcüstan əhalisi Venesiya Komissiyasından əsaslandırılmış, peşəkar mülahizə və konkret arqumentlər gözləyirdi, əvəzində biz konkret qruplardan siyasi mesajlar aldıq. Sözügedən nəticə yalnız siyasi mesajlarla doymuşdur və heç bir hüquqi şərh, heç bir əsaslı müzakirə olmayıb”,
- Kaladze bildirib.
Mənbə: Netgazeti

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.

 

Print Email
FaceBook Twitter Google