“Gürcü Arzusu” Venesiya Komissiyasının peşəkar qərarını tənqid edib və onu qərəzli olmaqda ittiham edib

“Gürcü Arzusu” Venesiya Komissiyasının peşəkar əsaslandırmasını tənqid edib və onu qərəzli olmaqda ittiham edib.

Buna səbəb bu gün, mayın 21-də dərc olunan Venesiya Komissiyasının "rus qanunu"na dair qəti mənfi rəyi olub.

Venesiya Komissiyasının "rus qanunu" haqda 24 səhifəlik hüquqi rəyi ətraflı izahı ilə paylaşılmış olmasına, həmçinin, “Avropa İnsan Hüquqları Konvensiyası” və “Mülki və Siyasi Hüquqlar
Paktı”nın konkret hansı maddələrinə zidd olduğu göstərilməsinə baxmayaraq "Gürcü Arzusu"nun parlament çoxluğunun üzvü Salome Kurasbediani üçün bu arqumentlər kifayət olmayıb.

Məhz o, bu məsələ ilə bağlı “Gürcü arzusu”nun açıqlamasını ictimaiyyətə çatdırıb.

“Venesiya Komissiyasının rəyi bir daha təsdiq etdi ki, qanuna qarşı heç bir hüquqi və ya digər arqument yoxdur.
Venesiya Komissiyasının yekununda biz çoxlu əsassız, ziddiyyətli hüquqi arqumentlərə, eləcə də konkret qrupların radikallaşmasını daha da yeni edən bir sıra kobud təhriflərə rast gəlirik. Beləliklə, Venesiya Komissiyasının platformasından peşəkar əsaslandırma əvəzinə qərəzli siyasi qiymətlərin verilməsi üçün istifadə edilməsi məyusedicidir ki, bu da Venesiya Komissiyasının reputasiyasına dönə-dönə xələl gətirir”,
- deputat Salome Kurasbediani bildirib.

Bu gün, mayın 21-də Venesiya Komissiyası rus qanunu ilə bağlı təcili rəyini dərc edib. Venesiya Komissiyasının rəyi tamamilə mənfidir.
Mənbə: Netgazeti

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.

 

Print Email
FaceBook Twitter Google