Marneulidə peyntbol üzrə yerli çempionat keçirilib
Marneuli meriyasından verilən məlumata görə, Marneuli bələdiyyəsinin Tsereteli kəndində peyntbol üzrə yerli çempionat keçirilib.
“Çempionatda gənclər iştirak ediblər. Yarışda Marneuli Bələdiyyəsinin meri Kənan Ömərov, Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze və merin birinci müavini Roin Dekanoidze iştirak ediblər”, - bu barədə meriyanın məlumatında deyilir.

Marneuli bələdiyyəsinin yerli özünüidarəsi ənənəvi olaraq, peyntbol üzrə yerli çempionatın keçirilməsi barədə “Marneuli” radiosuna məlumat
verməyib. Marneuli meri Kənan Ömərovun iştirak etdiyi tədbirlər və fəaliyyətlər barədə yalnız tədbir keçirildikdən, meriyanın sosial şəbəkələrdə məlumat dərc etməsindən sonra öyrənirik.

Marneuli meriyasının yayımladığı məlumata görə, turnir bu il ikinci dəfədir ki, Marneuli meriyasının dəstəyi ilə keçirilir və bundan sonra hər il keçiriləcək.

Foto: Marneuli meriyası

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google