Latviya Mədəniyyət Akademiyasının tələbələrindən tətil edən tələbələrə məktub

Latviya Mədəniyyət Akademiyasının tələbələri “rus qanunu”na qarşı tətil edən tələbələrə dəstək məktubu yazıblar:


Əziz dostlar,

“Latviya Mədəniyyət Akademiyasının tələbələri adından çox çətin bir zamanda sizə səmimi dəstəyimizi bildirmək istərdik; Siz həm Gürcüstanda, həm də xaricdə bir çox gənc üçün çox vacib olan öz dəyərlərinizi və həmvətənlərinizin (hakim partiyaya qarşı çıxmaq demək ola bilsə də) dəyərlərini
əzmlə müdafiə etdiyinizə görə biz sizə heyranıq. Maneələr səssiz qala bilməz və düşüncəli şəkildə cəmiyyəti Avropa Birliyinə doğru aparır. Tələbələrin təhsil prosesinə insan hüquqları uğrunda mübarizənin mane olmayacağı bir mühitdə təhsil almaq imkanı olmalıdır.


Latviya Mədəniyyət Akademiyasının tələbələri və Tələbə Parlamenti sizə uğurlar arzulayır və hədəfinizə ən qısa zamanda çatacağınıza ümid edir! Yolunuz cəsarət və əzmlə dolu olsun, hər bir dəstək nümayişi tələbələri təhlükəsiz və azad gələcəyə yaxınlaşdırsın!
Daima sizin yanınızda olan, Latviya Mədəniyyət Akademiyasının Tələbə Parlamenti”.
Mənbə: Netgazeti

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.

 

Print Email
FaceBook Twitter Google