Prokurorluq Levan Xabeişvilini zərərçəkmiş kimi tanıyıb

“Vahid Milli Hərəkat”ın rəhbəri Levan Xabeişvili fiziki hesablaşmadan 23 gün sonra prokurorluq tərəfindən zərərçəkmiş kimi tanınıb. Bu barədə məlumatı partiya yayımlayır.


"Vahid Milli Hərəkat"ın bəyanatına görə, Xabeişviliyə Xüsusi İstintaq Xidmətinin müstəntiqi müvafiq qətnamənin ötürülməsi barədə məlumat verib:


“Xüsusi İstintaq Xidmətinin müstəntiqi Erekle Benaşvili 23 gündən sonra partiya sədri ilə əlaqə saxlayıb və prokurorun onun zərərçəkmiş şəxs
qismində olması ilə bağlı qətnamə çıxardığını bildirib”,
- partiyadan bildirilib.

Levan Xabeişvili 2024-cü il mayın 1-də Gürcüstan Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Departamentinin əməkdaşları tərəfindən şiddətli döyülüb.

Bu işdə, eləcə də mitinqin digər iştirakçıları kimi, heç kim siyasətçilərə və fəallara qarşı zorakılıqda ittiham olunmayıb.
Mənbə: Netgazeti

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.

 

Print Email
FaceBook Twitter Google