Marneulidən olan Rafiq Xudiyev Kung Fu üzrə Dünya çempionu olub (FOTO/VİDEO)
Əslən Marneulidən olan Rafiq Xudayev İtaliyanin Peruca şəhərində keçirilən Kung Fu üzrə Dünya çempionatının qalibi olub. Çin Döyüş Növləri Assosiasiyasının nəzdində fəaliyyət göstərən Azərbaycan Kung Fu Federasiyasının yığma komandasının üzvü olan Xudayev 16-19 may tarixlərində Kung Fu üzrə Dünya çempionatında iştirak edib.

İdmançı “Marneuli” radiosuna bildirdi ki, o, bir çox beynəlxalq yarışlara qatılıb və uğurlar əldə
edib.

“Mən özümü tanıyandan idmanla məşğul oluram. Bu günə qədər 4 dəfə dünya çempionu, müxtəlif turnirlərin qalibi və mükafatçısı olmuşam. Həmçinin əməkdar idman ustası və əməkdar məşqçiyəm”.

İtaliyada keçirilən çempionatda böyüklər, veteranlar, yeniyetmə, gənclər və kadetlerden ibarət olan 25 azərbaycanlı idmançı iştirak edib. Ümumilikdə yarışda 23 ölkədən 870 idmançı öz qüvvəsini sınayıb.

Azərbaycan Kung-fuçulari Kung Funun sanda növündə 8 qızıl, “light sanda” növündə 3 qızıl, 2 gümüş, veteranlar arasında “light sanda” növündə 2 qızıl, yeniyetmə və kadetler arasında “light sanda” növündə 7 qızıl, 3 gümüş medal qazanıblar.

Bununla da komanda hesabında birinci yerə layiq görülüblər. Yarışda iştirak edən Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin əməkdaşları Rafiq Xudayev dünya çempionu olub, digər əməkdaş Taleh İsayev yarışın ən texnikalı idmançısı seçilib.

Xudayev deyir ki, qələbə qazanmaq gözəl bir hissdir və bunu sözlə ifadə etmək mümkün deyil.

“Çempion olmaq hissini bir cümlə ilə izah etmək mümkün deyil. Yarış öncəsi xəstələndim deyə bir az həvəsdən düşmüşdüm. Amma qələbə ümidim var idi. Mötəbər yarışda Azərbaycanı təmsil etmək məsuliyyətini dərk edirdim. Buna görə də qələbə əhval-ruhiyyəsi ilə yarışa qatılmışdım və qələbə qazandım”.

Qeyd edək ki, Rafiq Xudayev 1978-ci ildə Marneuli şəhərində anadan olub. O, uzun illərdir ki, Azərbaycanda yaşayır. Rafiq Xudayev Kunq-fu Sanda üzrə 3 qat dünya çempionu, Kikboksinq və Kunq-fu üzrə "Sarvan" klubunun prezidenti, Azərbaycan Respublikasının əməkdar idman ustası, Azərbaycan Respublikasının əməkdar məşqçisidir. O, 1985-ci ildən idmanın sambo növü ilə məşğul olmağa başlamışdır.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.

Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google