Marneuli bələdiyyəsinin yerli özünüidarəetmə orqanı Marneuli uşaq
bağçalarında işləyən işçilərə verilən mükafat/əlavə haqqında
əhaliyə məlumat vermir.
“Marneuli” radiosu 20 mart 2024-cü il tarixində meriyadan rəsmi
məlumat istəyib.
“2023-cü ildə Marneuli uşaq bağçalarında işləyən işçilərə nə vaxt
və nə üçün bonus/əlavə/təşviq/mükafat verildiyini göstərin.
Həmçinin, neçə lari və neçə işçinin
bonuslar/artmalar/həvəslər/mükafatlar aldığını göstərin.
Xahiş edirik, 2024-cü il ərzində körpələr evi-uşaq bağçalarında
işləyən personala bonus/əlavə/həvəsləndirici/mükafatın
ödənilib-ödənilməməsi - hansı məqsədlə, lari məbləğində və qeyd
olunan bonus/əlavənin neçə işçiyə ödənilməsi barədə məlumat
verəsiniz”.
Marneuli meriyasından məlumat istədik, buna cavab olaraq bələdiyyə
bizə yazdı ki, meriya qanuna uyğun olaraq
mükafat/əlavə/həvəsləndirici/mükafat verir.
Bu gün, mayın 24-də biz bir daha Marneuli meriyasına məktub
göndərərək ictimaiyyətə məlumat verilməsini xahiş etdik.
Meriyadan alınan ictimai məlumatı “şəffaflıq” naminə rus
qanunlarını dəstəkləyən Marneuli meri Kənan Ömərov imzalayır. Kənan
Ömərov “Daha çox şəffaflıq Avropadır” yazır, amma ictimaiyyətə
məlumat vermir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.