Bakıda mebel sexində baş verən partlayışda Gürcüstan vətəndaşı ölüb
15 yanvar tarixində, Bakıda mebel sexində baş verən partlayış nəticəsində Gürcüstan vətəndaşı ölüb. Məlumata görə, ölən Bolnisi bələdiyyəsinin Arxılı (Naxiduri) kəndində yaşayan 35 yaşlı Sərrəc Yusibodur. O, Bakıya işləməyə gedib.

Xatırladırıq ki, ötən gün Bakıda mebel sexində partlayış baş verib. Nəticədə 7 nəfər həlak olub, 24 nəfər isə yaralanıb. Hazırda sexin ərazisində axtarış-xilasetmə işləri davam etdirilir.

Print Email
FaceBook Twitter Google