2022-ci ilin ilk 9 ayında Kvemo Kartlidə qəza nəticəsində 27 nəfər dünyasını dəyişib
Daxili İşlər Nazirliyi 2022-ci ilin ilk 9 ayına olan göstəricilərinə görə, bu zaman ərzində baş vermiş 4 060 yol-nəqliyyat hadisəsi ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə istintaqa başlayıb.

DİN tərəfindən yayımlanmış statistik göstəricilər 2022-ci ilin ilk 3 rübünü əhatə edir. Statistikaya görə, yol-nəqliyyat hadisələri nəticəsində ötən ilin ilk 9 ayında Gürcüstan miqyasında 326 nəfər dünyasını dəyişib, 5 704 nəfər isə xəsarət alıb.

Kvemo Kartli miqyasında 287 yol-nəqliyyat hadisəsi ilə bağlı istintaqa başlanılıb. Ötən ilin ilk 9 ayı ərzində Kvemo Kartlidə yol-nəqliyyat hadisəsi nəticəsində 27 nəfər dünyasını dəyişib, 428 nəfər isə xəsarət alıb.

Print Email
FaceBook Twitter Google