Ukraynada Qurban və Ramazan bayramları dövlət bayramı olacaq
Ukrayna Prezidenti Vladimir Zelenski müsəlmanların Qurban və
Ramazan bayramlarını dövlət bayramı etmək qərarına gəlib.
“Marneuli” radiosu Qafqazinfo-ya istinadən xəbər verir ki, bu
barədə Ukrayna Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Krım tatarlarının nümayəndələri ilə görüşən Zelenski onların yüksək
diplomatik səviyyədə təmsil olunmalarının vacibliyin vurğulayıb və
Eminə Caparovanın Xarici İşlər nazirinin birinci müavini postuna
namizədliyini qəbul edib.
Bundan başqa ukraynalı lider Krım tatarlarının problemlərinin həlli
üzrə işçi qrupunun yaradılacağını və Kiyevdə böyük məscid inşa
ediləcəyini bildirib.