Tamarisidə trenajorların quraşdırılması layihəsini dəstəkləyiblər
Bu gün, 10 fevral tarixində Marneuli bələdiyyəsinin Tamarisi kəndində “toplantı” keçirilib. Sakinlər kəndə ayrılmış 20 000 lari ilə trenajorların quraşdırılmasını dəstəkləyiblər. Əlavə olaraq iki, küçə işıqlarının quraşdırılması və parkın salınması təklifi də edilib. Yerli özünüidarə nümayəndələri təklifləri qeyd ediblər.

Meriyanın açıqlamasına görə, trenajorlar Tamarisidəki parkda yerləşdiriləcək.

Əhali ilə görüşlər 1 fevraldan 15 fevrala qədər keçiriləcək. Kəndə dəstək
proqramı üçün 2023-cü ildə Gürcüstan Regionlarında Həyata Keçiriləcək Layihələr Fondundan 1 232 000 lari ayrılıb. Pul kəndlərə əhalinin sayına görə bölünür. Hər kənd üçün ən az 12 000 lari, ən çox isə 20 000 lari ayrılıb.

Ümumi toplantılar böyük kəndlərdə 200 imza toplandığı, nisbətən kiçik kəndlərdə isə əhalinin 20%-in imzası qeydə alınan zaman keçirilmiş hesab olunur.

Marneuli meriyasından bildirirlər ki, əgər kənddə keçirilən görüşə gedə bilmirsinizsə, görüşün keçirilmə tarixinə qədər öz təşəbbüsünüzü xüsusi doldurulmuş forma şəklində elektron poçt ünvanına göndərə bilərsiniz: CLOAKING

Print Email
FaceBook Twitter Google