Marneuli bələdiyyəsinin İkinci Kosalı kənd əhalisi deyir ki,
ruhani şəxs onlara torpaqları əkməyə mane olur.
Yerli sakinlərin bildirdiklərinə görə, onlar hər il 12 hektar
torpaq sahəsini əkib becərir. Onlar deyir ki, 2020-ci ildə dövlətə
rəsmi qaydada torpaq vergisi ödəyiblər.
Buna sübut olaraq sənədləri göstərdilər. Kadastr kodundan məlum
olur ki, qeyd olunan torpaq sahəsi dövlət əmlakıdır. Yerli sakinlər
bildirirlər ki, keşiş torpaq sahəsinin ona məxsus olduğunu iddia
edir.
Salam Platforması Marneuli Bələdiyyəsinin İkinci Kosalı
kəndində baş vermiş hadisələrə münasibət bildirir
21 yanvar tarixində media vasitələrində Marneuli Bələdiyyəsinin
İkinci Kosalı kəndində baş verən qarşıdurma haqda məlumat yayıldı.
Qeyd edək ki, qarşıdurmanın səbəbi yerli kənd əhalisi tərəfindən
becərilən kənd ətrafında yerləşən torpaq sahələridir, çünki bu
günlərdə, Marneuli və Hucabi Yeparxiyasından olan din adamları bu
torpaq sahələrində görülən işlərdə kəndçilərə maneəçilik
törədirlər.
22 Yanvar tarixində, Salam Platformasının idarə heyətinin üzvləri
olaraq İkinci Kosalı kəndində olduq və hadisə yerində baş verənləri
müşahidə etdik. Bununla yanaşı, heyət olaraq kənd əhalisinin və
dövlət orqanlarının nümayəndələrinin mövqelərinə maksimum şəkildə
qulaq asmağa çalışdıq. Qeyd etmək istəyirik ki, biz hadisə yerində
olduğumuz müddətdə, yuxarıda bəhs edilən din xadimləri mübahisəli
torpaq sahələrinə gəlmədiklərindən, onların mövqeləriylə tanış ola
bilmədik. Buna baxmayaraq, düşünürük ki, həmin günkü
müşahidələrimiz, bu məsələyə münasibət bildirməkdə və
müşahidələrimizi paylaşmaqda bizə zəmin yaradır.
İlk növbədə qeyd etmək lazımdır ki, mübahisəli torpaq sahəsi
İqtisadiyyat Nazirliyinin balansında qeydiyyatdadır və qanunun
maddi yönündən heç kəs onun üzərində hər hansısa bir haqqa sahib
deyildir. Buna baxmayaraq, onu da vurğulamaq lazımdır ki, yerli
əhalinin həmin sahə üçün əmlak vergisi bəyannaməsi doldurduğunu
(deklarasiya) və vergi ödədiyini (kadastr nömrəsi olmadan) təsdiq
edən sənədlər mövcuddur. Əhaliylə söhbətdə məlum olur ki, belə
etməyi onlara İqtisadiyyat Nazirliyinin Marneuli şöbəsindən
məsləhət görüblər və onlara bu torpaq sahəsindən istifadə şərtini
nəzərdə tutan bəyannamə (deklarasiya) doldurtdurublar. Yuxarıda
bəhs etdiklərimizdən irəli gələrək, düşünürük ki, əhalinin dövlət
nümayəndəsi tərəfindən sözü gedən torpaqdan istifadə haqqı əldə
etdiyini düşünməsi üçün məntiqli əsasları olub.
Əlavə olaraq bildirmək lazımdır ki, yerli əhalinin sözlərinə görə,
onalr bu əraziləri son bir neçə il ərzində, aktiv şəkildə
becərirdilər və hazırki vəziyyətdən fərqli olaraq icarə haqqını
yerli din xadimlərinə ödəyirdilər. Aydın oldu ki, əhali hər bir
hektara din xadiminə 500 lari ödəyirmiş. Qeyd etmək lazımdır ki,
kəndlilərinin bəyanına görə, din xadimi sözügedən mübahisəli torpaq
sahəsindən əlavə, başqa torpaq sahələrini də icarəyə verirdi və
hələ də verməkdədir. Lakin qeyd edilən torpaq sahəsi Dövlət
Reyestrində həmin şəxsin və ya başqa təşkilatın adına qeydiyyatda
deyil. Bu isə öz-özlüyündə təəssüf ki, əhalidə ədalətsizlik və
haqqlarının pozulması hissi yaradır.
Eyni zamanda, kənd sakinlərinin dediklərinə istinadən, torpaq
sahəsini becərərkən Yeparxiyadan olan dini xadim onlara
yaxınlaşaraq, gördükləri işləri dayandırmağı tələb edib.
Kəndlilərin verdiyi məlumata əsasən, o, həmin ərazilərin Gürcüstan
vətəndaşları olan kənd əhalisinə aid olmadığını və Azərbaycan
sərhədini işarə edərək, başqa yerdə özlərinə yer axtarmalı
olduqlarını əlavə edib. Biz inanırıq ki, bu kimi
şovinist-milliyyətçi çıxışlar ölkədəki vətəndaş birliyi və
bərabərliyinə zərə verməklə yanaşı qeyri dominant etnik və dini
qruplarda məyusluq və deinteqrasiyaya səbəb olur.
Bu torpaqlarn dövlətin mülkiyyətində olduğunu və onun üzərində heç
kəsin ekskluziv hüquqa sahib olmadığını bildirən yerli
özünüidarəetmə orqanı və polisin hadisə yerindəki aktivliyi isə
diqqətə layiqdir. Onların bəyanına görə, sözü gedən əraziləri uyğun
prosedurlar olmadan becərən şəxslər, müvafiq qanunvericilik
çərçivəsində cəzalandırılacaqlar. Bu mövqe qanuni olsa da, bizdə və
eləcə də yerli sakinlərdə qeyri-bərabər rəftar və ayrı-seçkilik
əlamətləri doğurur, çünki nə polis, nə də yerli özünüidarəetmənin
nəzarət orqanı kənd əhalisinin bəhs etdiyinə görə, yerli din
xadimləri tərəfindən icarəyə verilən torpaqları eyni vəchlə
qorumurdu və indi də qorumur.
Yuxarıda qeyd etdiklərimizə əsasən, Salam Platforması:
• Gürcüstanın İqtisadiyyat Nazirliyini əhalinin kollektiv
ərizələrini qəbul etməyə və sözügedən torpaq sahəsinin yerli
kəndlilərə icarə yoluyla, rəsmi şəkildə təqdim etməyə;
• Yerli özünüidarəetmə orqanını torpaq resursuna ehtiyacın
olmasıyla bağlı İqtisadiyyat Nazirliyinə müraciət etməyə;
• Gürcüstan Parlamentini torpaq haqqında qanunun islahatına vaxt
başlamağa və torpaq sahələrini kəndlilərə təqdim etməyə;
• Gürcüstanın başqa bölgələrində yaşayan kəndliləri Marneulinin
İkinci Kosalı kənd sakinlərinə qarşı həmrəy olmağa;
• Hucabi və Marneuli Yeparxiyasına yerli sakinlərlə işləməyə və
həmvətənlər arasında sevginin yayılmasına xidmət etməyə;
• Yerli əhalini ədalət yolunda apardıqları kollektiv mübarizə
təcrübələrini davam etdirməyə, həmrəy şəkikdə bir-birilərini
hüquqlarını qorumağa və bu uzun və yorucu prosesdə sülh və
təmkinliliklərini qorumağa çağırır.