Gürcüstan parlamenti Qiorqi Kalandarişvilini Mərkəzi Seçki
Komissiyasının (MSK) sədri seçib.
Parlamentə aprelin 30-da keçirilən plenar iclasında səsvermə
keçirilib. 85 deputat Kalandarişvilinin leyhinə, 16 deputat isə
əleyhinə səs verib.
Parlament həmçinin Mərkəzi Seçki Komissiyasının 3 üzvünü - Maya
Zaridze, Qiorqi Şarabidze və Qia Tsatsaşvilini seçib.
Tamar Jvaniya 2021-ci ilin yayında postu tərk etdikdən sonra MSK
sədri postu
boş qalıb. O vaxtdan MSK sədrinin namizədliyi ilə bağlı
müxalifətlə iqtidar komanda arasında konsensus əldə olunmadığından
MSK sədri 5 il müddətinə seçilə bilməyib və Qiorqi Kalandarişvili
MSK sədrinin vəzifəsini icra edib.
Lakin “Gürcü arzusu”nun MSK üzvlərinin seçilməsi prosedurunda
etdiyi son dəyişikliklərlə sadə səs çoxluğu (76 səs) ilə MSK
sədrini 5 il müddətinə seçmək mümkün olub.
“Gürcü arzusu” son illər MSK sədri və üzvlərinin seçilməsi
prosedurunu bir neçə dəfə dəyişib. MSK sədrinin və üzvlərinin
seçilməsi proseduru 2021-ci il aprelin 19-da qəbul edilib. Bu, Şarl
Mişel müqaviləsində nəzərdə tutulmuşdu, lakin bu razılaşmadan sonra
“Gürcü arzusu” bu qaydanı bir neçə dəfə dəyişdi və 2023-cü ilin
iyununda qəbul edilən son düzəlişlərə əsasən, müxalifətin və
prezidentin rolunu istisna etməyə də icazə verdi.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.