Aprelin 30-da Gürcüstan parlamenti qarşısında “Xarici təsirin
şəffaflığı haqqında” qanun layihəsinə qarşı nümayiş təyin olunub.
Aksiyalar saat 12:00 və 19:00-a təyin edilib.
“Gürcüstan hökuməti aprelin 30-da “rus qanunu”nu ikinci
oxunuşda qəbul etməyə hazırlaşır. Müqavimətimizi davam etdiririk və
Parlamentin yanında görüşürük: səhər saat 12:00-da və axşam saat
19:00-da”, - aksiya təşkilatçılarının bəyanatında
deyilir.
Əlavə olaraq qeyd
edək ki, aprelin 30-da saat 18:00-da İliya Dövlət
Universiteti və Tbilisi Dövlət Universitetinin tələbələri birgə
yürüş keçirəcəklər.
Xatırladırıq ki, Parlamentin Hüquq məsələləri komitəsi “Xarici
təsirin şəffaflığı haqqında” qanun layihəsini ikinci oxunuşda
dəstəkləyib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.