"Əsassız və qeyri-mütənasib güc tətbiqi" - prezident mitinqin dağıdılması ilə bağlı yazıb
Prezident Salome Zurabişvili Tbilisinin Rustaveli prospektində keçirilən etiraz aksiyasının dağıdılmasına münasibət bildirib və yazıb ki, Tbilisidə dinc etirazçılara qarşı “tamamilə əsassız və qeyri-mütənasib” güc tətbiq edilir.


"Tam məsuliyyət bütövlükdə hökumətin üzərinə düşür. Gürcü xalqı dinc etiraz etmək hüququndan məhrum edilib", - prezident X sosial şəbəkəsində yazıb.


Prezident Salome Zurabişvili Daxili İşlər Nazirliyinə də
müraciət edərək Tbilisi küçələrində dinc nümayişin dağıdılmasını dayandırmağa çağırıb.

Çərşənbə axşamı, aprelin 30-da Gürcüstan parlamentində son bir neçə gündə kütləvi etirazlara səbəb olan “Agentlər haqqında qanun”un müzakirəsi ikinci oxunuşda davam etdirilib.


Gürcüstanın tərəfdaşları iddia edirlər ki, bu qanun layihəsi qanuna çevrilərsə, ölkənin Avropaya inteqrasiyasına qarşı çıxacaq.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები

Warning: mysql_query(): Unable to save result set in /var/www/marneulifm.ge/public_html/libraries/joomla/database/database/mysql.php on line 223
მსგავსი სტატიები არ მოიძებნა