Tbilsidə, Dəyirmi bağ yaxınlığında kişi cəsədi tapılıb
Vakedə, Dəyirmi bağ yaxınlığında kişi cəsədi tapılıb.
Şahidlərin sözlərinə görə, kişi bağ yaxınlığında avtodayanacaqda işləyirmiş. Onların dediyinə görə, kişi xəstə imiş və güman ki, o, öz əcəli ilə ölüb.

Hadisə yerinə təcili yardım və polis cəlb olunub.

Daxili İşlər Nazirliyindən Birinci kanala bildirdiklərinə görə, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 115-ci maddəsi ilə istintaq başlayıb. Həmin maddə özünü öldürmə həddinə çatdırmanı nəzərdə tutur.

Mənbə: Birinci Kanal
Print ელ. ფოსტა
FaceBook Twitter Google