Saat 12:00-dan etibarən Rustaveli prospektində, Respublika və Azadlıq meydanlarında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Tbilisidə bu gün gecə saat 12:00-dan etibarən Azadlıq meydanı, Rustaveli prospekti və Birinci Respublika meydanında nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu məhdudiyyət 26 may tədbiri üçün nəzərdə tutulan dekorasiyalar götürülənə qədər qüvvədə olacaq.
Həmin bəyanatda deyilir:

• Rustaveli prospektini birləşdirən bütün küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq;
• Avtomobillər Barataşvili və Tabukaşvili küçələri ilə, Merab Kostava
və Amcata küçələri istiqamətində hərəkət edə biləcəklər;
• Mtatsmindadan hərəkət Asatiani küçəsi ilə Qorqaslı meydanı istiqamətində mümkün olacaq;
• Kote Abxaz küçəsində (keçmiş Leselidze küçəsi) hərəkət edən nəqliyyat vasitələri Vizir küçəsi ilə Barataşvili küçəsi istiqamətində hərəkətini davam etdirə biləcək;
• Sağ sahildən Barataşvili küçəsinə gedən enişdə nəqliyyatın hərəkəti qadağan ediləcək;
• Nəqliyyat Vaxtanq Qorqasali küçəsi istiqamətində hərəkət edə biləcək;
• Barataşvili enişindən hərəkət edən nəqliyyat Barataşvili körpüsünü keçdikdən sonra yalnız Ədliyyə Evinin yaxınlığındakı enişlə, sağ sahil istiqamətində hərəkət edəcək;
• Mtatsminda istiqamətində hərəkət edən avtomobillər Petre Melikişvili küçəsi ilə Simon Canaşia, İvane Tarxnişvili və Tamar Çovelidze küçələri ilə hərəkət edəcək, oradan da Çonkadze küçəsi istiqamətində hərəkətlərini davam etdirəcəklər;
• İliya Çavçavadze prospektindən gələn axın Petre Melikişvili və Merab Kostava küçələri ilə sahil istiqamətində hərəkətini davam etdirə biləcək.
Gürcüstan mayın 26-da Müstəqillik Gününü qeyd edir. 1918-ci il mayın 26-da Noe Jordaniyanın rəhbərliyi ilə Gürcüstan Milli Şurası Qafqaz Vəliəhdinin Qolovini prospektindəki keçmiş iqamətgahında, indiki Rustaveli prospektində yerləşən tələbə-gənclər sarayında Müstəqillik Aktını qəbul etdi.

Rusiyadan müstəqil olan ilk Gürcüstan respublikası 1921-ci ilin fevralında Sovet Rusiyasının hərbi təcavüzü və işğalı nəticəsində mövcudluğunu dayandırdı. Gürcüstan 1991-ci il aprelin 9-da müstəqilliyini bərpa edib.


Print ელ. ფოსტა
FaceBook Twitter Google