Batumidə həyat yoldaşını öldürməkdə ittiham olunan şəxs həbs edilib
Batumidə arvadını öldürməkdə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Hakim Kote Çilaya bu gün, yanvarın 3-də qərar qəbul edib.

Dünən, yanvarın 2-də gənc qadın qətlə yetirilib. O, xəstəxanaya çatdırılarkən dünyasını dəyişib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, təqsirləndirilən şəxs Batumi şəhərində yaşadıqları evdə həyat yoldaşına soyuq silahla xəsarət yetirərək hadisə yerindən qaçıb.

Prokurorluğun məlumatına görə, təqsirləndirilən şəxs əvvəllər də qəsdən törətdiyi müxtəlif cinayətlərə görə dəfələrlə məhkum olunub və qətli törədən zaman şərti cəza alıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 109-cu maddəsinin “K” bəndi ilə ailə üzvünü ağırlaşdırıcı şəraitdə qəsdən öldürmə ilə bağlı araşdırma aparılır. Cinayət 16 ildən 20 ilədək və ya ömürlük həbslə cəzalandırılır.

Mənbə: Netgazeti

Print ელ. ფოსტა
FaceBook Twitter Google