Parlamentin Milli Hərəkatdan seçilmiş üzvü Abdulla İsmayılov hansı mülkə sahibdir
Gürcüstan Parlamentinin “Vahid Milli Hərəkat” partiyasından seçilmiş üzvü Abdulla İsmayılov Tblisi şəhərində miras olaraq aldığı mənzilə və Msxetanın Msxaldidi kəndində aldığı torpaq sahəsinə malikdir.

2023-cü ilin 20 fevral tarixində yayımlanan bəyannaməyə görə, Abdulla İsmayılov 2022-ci ilin aprel ayında 16 000 dollara 843 kv.m torpaq sahəsi alıb. Torpaq sahəsi Msxeta bələdiyyəsinin Msxaldidi kəndində yerləşir. 2022-ci ilin sentyabr
ayında isə miras olaraq Tbilisi şəhərində yerləşən 228 kv.m yaşayış mənzili əldə edib.

Bəyannaməyə əasən, Abdulla İsmayılov “Mini Kuper” minik maşınına sahibdir. Avtomobili 2022-ci ilin yanvarında 9000 dollara alıb.

Parlament üzvünün bəyannaməsinə görə, onun 30 000 lari və 25 000 dollar nəğd pulu var. Həyat yoldaşının əmlakında isə 13 000 lari və 35 000 dollar nəğd pul var.

Bəyannaməyə görə, 2022-ci il ərzində Parlament üzvü əməkhaqqı olaraq 48 471 lari alıb. Onun həyat yoldaşı isə 2022-ci ildə valideynlərindən hədiyyə olaraq 12 000 dollar əldə edib.

Bəyannaməyə əsasən Abdulla İsmayılov və həyat yoldaşı Səidə Əhmədova başqa əmlaka sahib deyillər.

Abdulla İsmayılov 2020-ci ildə Gürcüstanın onuncu çağırış Parlamentinin üzvü seçilib. O, Parlamentə “Vahid Milli Hərəkatın” proporsional siyahısı ilə daxil olub.

Print ელ. ფოსტა
FaceBook Twitter Google