Marneulidə 2023-cü il ərzində itlər 1300 nəfəri dişləyib
2023-cü il ərzində Marneuli bələdiyyəsi miqyasında itlər 1300 nəfəri dişləyib. Marneuli İctimai Səhiyyə Mərkəzinin rəhbəri Eter Laperdze "Marneuli" radiosu ilə söhbəti zamanı bildirdi ki, itlərdən başqa başqa heyvanların dişləməsi ilə bağlı 38 hal da qeydə alınıb.

"Həmin 1300 hala ev, eləcə də sahibsiz itlərin dişləməsi faktı da daxildir. Hər bir hal ciddi nəzarət altına alınıb. Həmin
adamlar müşahidədən kənar qalmırlar. Peyvəndlər həmişə var və "Aversidə", "Geo Hospitlsda" iki kabinetimiz var",
– Eter Laperdze bildirib.

Marneuli İctimai Səhiyyə Mərkəzinin rəhbərinin sözlərinə görə, itin dişləməsi halında zərərçəkən şəxsə 3 peyvənd vurulur. 10 gün ərzində isə heyvan müşahidə altında olur. Laperadzenin sözlərinə görə, heyvanın müşahidə altında saxlanması mümkün olmadıqda xəstəyə 3 peyvənd əvəzinə tam kurs – 6 peyvənd vurulur.

Qeyd edək ki, ötən illərlə müqayisədə itlərin dişləməsi halları artıb. 2022-ci ilin yanvar-oktyabra olan göstəricilərinə görə, Marneulidə 730 hal, 2021-ci il ərzində isə 878 hal qeydə alınıb.

Print ელ. ფოსტა
FaceBook Twitter Google