Dioqnisi kəndinə daxili yollara və Metsamula kəndinə gedən yola asfalt qatı çəkiləcək
Marneuli bələdiyyəsinin Dioqnisi kəndində daxili yollara və Metsamula kəndinə gedən yola asfalt qatının çəkilməsi planlaşdırılır. Marneuli meriyası qeyd olunan kəndlərdə yollara asfalt çəkilməsi üçün 11 yanvar tarixində tender elan edib.

Tender sənədlərinə görə, Dioqnisi kəndində 4 hissədə daxili yollara asfalt çəkiləcək. Birinci hissənin uzunluğu 1099, ikinci hissənin uzunluğu 516, üçüncü hissənin uzunluğu 346, dördüncü hissənin uzunluğu isə
388 metrdir.

Metsamula kəndinə gedən yollarda işlər 3 hissədə həyata keçiriləcək. Birinci hissənin uzunluğu 387, ikinci hissənin uzunluğu 116, üçüncü hissənin isə uzunluğu 382 metrdir.

Marneuli yerli özünüidarəsi Dioqnisi və Metsamula kəndində yollara asfalt qatının çəkilməsi işlərinin yerinə yetirilməsi üçün 1 287 752 lari dəyərində tender elan edib.

Tender sənədlərinə görə, layihənin 95%-i dövlət, 5%-i yerli büdcədən maliyyələşdiriləcək.

Yollara asfalt qatının çəkilməsi işləri üçün elan edilmiş tenderdə iştirak etmək istəyən şirkətlər 28 yanvardan 2 fevral tarixinə qədər öz təkliflərini təqdim edə bilərlər. Tenderdə qalib gələn şirkət işləri müqavilə bağlandıqdan 150 gün ərzində yerinə yetirməlidir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google