Meriya bayram lövhələrinin yerləşdirilməsinə 15 300 lari xərcləyəcək
Marneuli yerli özünüidarəsi məlumat və təbrik lövhələrinin hazırlanması, quraşdırılması üçün tender elan edib. Meriyanın elan etdiyi tenderə görə, qalib şirkət meriyanın tələbinə uyğun olaraq 2024-cü il ərzində banerlər hazırlamalı olacaq.

Marneuli meriyası 7 bayram üçün banerlərin hazırlanması və montajını planlaşdırır. Bayramları və həmin bayramlarda yerləşdiriləcək banerlərin sayını sizə təqdim edirik:
  • Mart – Novruz bayramı, 6 lövhə
  • Aprel – Pasxa bayramı, 6 lövhə
  • Avqust – Mariamoba, 3 lövhə
  • Sentyabr – Marneuloba, 5 lövhə
  • Dekabr – Yeni il, 5 lövhə
  • Dekabr – Milad bayramı (Şoba), 5 lövhə
Marneuli yerli özünüidarəsi məlumat və təbrik lövhələrinin dizaynının hazırlanması, quraşdırılması, sökülməsi xidməti üçün 15 300 lari dəyərində tender elan edib.

Tenderdə iştirak etmək istəyən şirkətlər 27 yanvardan 29 yanvara qədər öz təkliflərini təqdim edə bilərlər.

Print ელ. ფოსტა
FaceBook Twitter Google