Əhməd İmamquliyev fəal siyasətə qayıdıb
İki illik fasilədən sonra “Avropalı Gürcüstan”-ın Marneuli rayon təşkilatının rəhbəri Əhməd İmamquliyev yenidən fəal siyasətə qayıdıb. “Marneuli” radiosuna danışan Əhməd İmamquliyev bildirir ki, 2021-ci il yerli özünüidarə seçkilərindən sonra əhaliyə öz seçdiyi deputatlarla işləmək imkanı yaratmaq üçün iki il siyasətlə məşğul olmamaq qərarına gəlib.

“2021-ci il yerli özünüidarə seçkilərindən sonra sakinlərimizə seçdikləri Bələdiyyə Məclisi üzvləri və bələdiyyə sədri
ilə üz-üzə qalmasına icazə verdim, çünki onlar bizə səs vermədilər və onlara davam edən işlərə baxmaq imkanı verdim. Öz seçdikləri insanlarla və partiyalarla baş-başa qalsınlar ki, gələcəkdə, bu il hansı partiyaya səs verməli olduqlarına dair qərar qəbul etsinlər. 2021-ci ildən indiyə kimi Marneuli bələdiyyəsində müxalifət partiyasının nümayəndəsi və ya iqtidar partiyasının təmsilçilərindən nə yaxşı, nə də pis heç nə eşitməmişik. İnsanlara iki il vaxt verdim ki, bu və ya digər şəxsə səs verməyə dəyərmi, fikirləşsinlər və 2024-cü il 1 yanvar tarixindən biz aktiv fazada siyasi proseslərdə iştirak etməyə başladıq”,
- Əhməd İmamquliyev bildirib.

“Avropalı Gürcüstan”-ın Marneuli rayon təşkilatının rəhbərinin sözlərinə görə, son iki ildə onlar siyasətlə məşğul olublar, əhali ilə söhbət ediblər, amma fəal görünmürdülər. O, bildirir ki, gələcək planları əhali ilə birlikdə müzakirə edib, işləyib, 2024-cü il seçkilərinə maraqlı proqramlar və görüşlərlə hazırlaşıb.

Print ელ. ფოსტა
FaceBook Twitter Google