Meriyanın qarşısından yeni il yolkası götürülüb
Marneuli meriyasının qarşısında bəzədilmiş yeni il yolkası götürülüb. Meriya bələdiyyənin əsas yolkasını 23 yanvar tarixində söküb.

Marneuli yerli özünüidarəsi 2024-cü ilin gəlişi ilə əlaqədar meriya binasının qarşısında yeni il yolkasının işıqlarının yandırılması tədbirinin təşkil edilməsi üçün 64 955 lari dəyərində tender elan etmişdi. Tenderdə yalnız bir şirkət “GT Holdinq” MMC iştirak etmişdi. Şirkət əvvəlcə meriyaya işləri
64 955 lariyə həyata keçirməyi təklif etsə də, sonradan vəsaitin artırılmasını tələb etmişdi. Bundan sonra meriya yeni il yolkasının işıqlarının yandırılması mərasimi üçün GT Holdinq MMC-yə 84 299 lari 20 tetri ödəmişdi.

Marneuli meriyası yeni il ərəfəsində şəhər və ətraf ərazilərin işıqlarla bəzədilməsi üçün 346 007 lari xərcləyib. İşləri “MYGPS” şirkəti həyata keçirib.

Marneuli meriyası yeni il və cari ilin yekun tədbirinin təşkili üçün əlavə 100 000 lari dəyərində sadələşdirilmiş müqaviləni 29 dekabr tarixində bağlayıb.

Marneuli yerli özünüidarəsi yeni il ərəfəsində şəhərin bəzədilməsi, yolkanın işıqlarının yandırılması tədbiri və yeni il tədbirinin təşkil edilməsinə ümumilikdə 530 306 lari 20 tetri ödəyib.

Print ელ. ფოსტა
FaceBook Twitter Google