Deputat Vasil Xaxulaşvili Marneulinin üç qəbiristanlığının təmizlənməsi barədə qərar qəbul edib
Marneuli Bələdiyyə Məclisinin majoritar deputatı Vasil Xaxulaşvili bildirib edir ki, onun majoritar dairəsinə daxil olan ərazidə yerləşən qəbiristanlıqlarda təmizlik işləri aparacaq. O, “Marneuli” radiosu ilə söhbəti zamanı qeyd edib ki, artıq təmizlik işlərinə başlanılıb və bir həftəyə başa çatacağı güman edilir. Deputat təmizlik işləri ilə bağlı məlumatı özünün “Facebook” sosial şəbəkəsindəki videosu ilə açıqlayıb və qeyd edib ki, onlar Candar, Müqəddəs Qiorqi kilsəsinin ərazisində və Cavaxişvili küçəsi yaxınlığındakı qəbiristanlıqlarda təmizlik işləri aparırlar.

“Bildiyiniz kimi, Novruz Bayramı yaxınlaşır. Bu bayramdan sonra Pasxa bayramını qeyd edəcəyik və məhz ona görə qərar qəbul etdim ki, mənim majoritar dairəmdə yerləşən bütün qəbirstanlıqlar təmizlənsin. Vətəndaşlar öz yaxınlarının qəbrini ziyarət edə, təmizləyə bilmirlər və mən söz vermək istəyirəm ki, bu il onların ailə üzvlərinin, yaxınlarının qəbrini mən, dostlarım təmizləyəcəyik. Mənim majoritar dairəmdə üç qəbirstanlıq yerləşir. Cavaxişvili küçəsində yerləşən qəbirstanlıqda vəziyyət çox pisdir. Qəbirstanlıqdan tikinti materialları təmizləməli olduq. Mən həmin qəbirstanlığın yaxınlığında yaşayan vətəndaşları icazəli ya icazəsiz qəbirstanlıq ərazisinə ev heyvanlarını buraxmamağa çağırıram. Fərq etməz kimin əcdadı harada dəfn olunub. Bizim hər birimizin mənəvi borcudur ki, onların qəbrini təmizləyək və onların ruhuna hörmət qoyaq”, – Deputat video qeydində bildirib.


Vasil Xaxulaşvilinin sözlərinə görə, Marneuli meriyası onun tələbini nəzərə alıb və Cavaxişvili küçəsində yerləşən qəbirstanlıqda hasarın bərpa işləri aparılır. Onun bildirdiyinə görə, illər ərzində hasarın demək olar 80% yox idi.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!

Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google