Marneulidə, Qızılhacılıda yerləşən 49 saylı seçki məntəqəsində Gənc
Hüquqşünaslar Assosiasiyasının müşahidəçisini komissiya üzvü
itələyib.
Məlumatı Gənc Hüquqşünaslar Assosiasiyası da təsdiqləyib. Onların
bildirdiyinə görə, səslərin sayılması prosesi ərəfəsində komissiya
üzvü müşahidəçinin ona göstərdiyi irada əsəbiləşib.
Təşkilatın
bildirdiyinə görə, bu çoxsaylı qanun pozuntusunun olmasından xəbər
verir.
GGHA-nın müşahidəçisi məntəqəni tərk edib, onun əvəzinə isə
təşkilatın başqa müşahidəçisi prosesi izləməyə davam edib.