Kitabxanada Beynəlxalq Uşaq Kitabı Günü ilə əlaqədar tədbir keçiriləcək
1 aprel tarixində, saat 12:00-da Marneuli İctimai Kitabxanasında Beynəlxalq Uşaq Kitabı Günü ilə əlaqədar tədbir keçiriləcək.

Tədbirdə uşaqlar tanınmış nağılbazın yaradaıcılığı və bioqrafiyası ilə tanış olacaqlar. Bu barədə kitabxananın “Facebook” səhifəsində məlumat yayımlanıb.

“Marneuli İctimai Kitabxanası 1 aprel saat 12:00-da bizim kiçik oxucularımızı tədbirə dəvət edir. Tədbirdə Hans Kristian Andersenin bioqrafiyası və yaradıcılığı ilə tanış
olacağıq. Onun qeyri-adi nağıllarını oxuyacağıq və müzakirə edəcəyik.

Tədbirin daha bir hissəsi Ukrayna nağılları seriyasından olan “dünya xalq nağıllarına” həsr olunacaq.

Marneuli İctimai Kitabxanası bütün kiçik oxucuları və həmçinin, hər kəsi Beynəlxalq Uşaq Kitabı Günü münasibəti ilə təbrik edir.”


2 aprel Beynəlxalq Uşaq Kitabı Günüdür. Bu gün 1967-ci ildən qeyd olunur və tanınmış şair və nağıllar müəllifi Hans Kristian Andersenin doğum gününə təsadüf edir.
Həmin gün tanınmış şairlər, nağılbazlar və illüziyaçılar müxtəlif ölkələrə gedirlər, uşaqlarla görüş keçirirlər və kitabları təbliğ edirlər.
Print ელ. ფოსტა
FaceBook Twitter Google