Marneulidə kişinin yaralanması ilə bağlı iki maddə üzrə istintaqa başlanılıb

27 fevral tarixində Marneulidə gənc kişini yaralayıblar. Bu barədə məlumatı əvvəlcə interpres.ge yayıb.

Gənc kişi yüngül yaralanıb və özü Marneuli “Aversi” klinikasına gedib.

Marneuli “Aversi” klinikasından “Marneuli” radiosuna bildirilib ki, gəncin yarası yüngül olub və o, hüquq-mühafizə orqanının nümayəndələri ilə birlikdə qısa müddət ərzində klinikanı tərk edib.

Daxili İşlər Nazirliyindən “Marneuli” radiosuna verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 120 və 236-cı maddələri ilə istintaq aparılır. Həmin maddələr qəsdən sağlamlığa qismən ağır zərər vurma, odlu silah alma, saxlama və gəzdirməni nəzərdə tutur.


 

Print ელ. ფოსტა
FaceBook Twitter Google