“Salam” Novruz bayramının istirahət günü elan edilməsi tələbi ilə Baş nazirə müraciət edib

“Salam” platforması 29 fevral tarixində Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə Novruz bayramının istirahət günü elan edilməsi tələbi ilə müraciət edib.

Platforma tərəfindən elan olunan məlumata görə, vətəndaş cəmiyyəti, mülki fəallar və həmçinin, “Salam” komandası illərdir, Novruz bayramının qeyri-iş günü elan edilməsini tələb edirlər və ümid edirlər ki, baş nazir onların tələbini təmin edəcək.

“Salam” platformasında birləşmiş gənclər inanırıq ki, Novruz Bayramını Gürcüstanda etnik həmrəylik və mədəni rəngarənglik nümunəsinə çevirə bilərik. Çünki həqiqi rəngarənglik ilk növbədə bərabərliyə söykənir. Bərabərlik ideyası öz mahiyyətində bərabər tanınmağa, bərabər imkanlara və bərabər ədalətli mühitin yaradılmasına əsaslanır”, – “Salamın” açıqlamasında qeyd olunur.

Gürcüstan vətəndaşı olan etnik azərbaycanlı icması hər ilin 21 mart tarixində Novruz bayramını qeyd edir. “Salam” platforması İrakli Kobaxidzeyə məhz 21 mart tarixinin istirahət günü elan edilməsi tələbi ilə müraciət edib.

“Novruz” fars sözüdür. Onun birinci hissəsi “Nov” – yeni, digər hissəsi isə “Ruz” gün deməkdir. Novruz Bayramı yazın, bəzi ölkələrdə isə yeni ilin gəlişini göstərir.
2010-cu ildə BMT Baş Assambleyası Novruzu beynəlxalq gün kimi tanıyıb. YUNESKO-nun 2009-cu il 28 sentyabr tarixində keçirilən sammitində Novruz rəsmən bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 2010-cu ildə Novruz Bayramı Gürcüstanda dövlət bayramı elan edilib.



 

Print ელ. ფოსტა
FaceBook Twitter Google