Yanvarın 3-də Ukrayna 230 nəfəri Rusiya əsirliyindən azad edib.
Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Teleqram səhifəsində
bildirib.
“Bizimkilər evdədirlər. İki yüzdən çox əsgərimiz və mülki
vətəndaşımız Rusiya əsirliyindən geri qaytarılıb. Buraya əsgərlər,
çavuşlar, zabitlər, Silahlı Qüvvələrin, Milli Qvardiyanın, Hərbi
Dəniz Donanmasının əsgərləri, sərhədçilər daxildir. Əsirlikdən azad
olunanların bəziləri Mariupol və “Azovstal”ın
müdafiəçiləridir”, - deyə Zelenski qeyd edib.